Nida Təhlil
Rusiyanın bəlası: Strelkov kimi canilər hələ də “söz sahibidir”
Yekaterinburqda azərbaycanlılara qarşı dövlət səviyyəsində törədilən zorakılıqdan sonra Rusiyada anti-Azərbaycan kampaniyasına start verilib. Bu kampaniyanın birbaşa rəhbərliyin sifarişi olduğu sirr deyil, lakin diqqətçəkən məqamlardan biri Rusiyada “vurulmuş” şəxslərin Kremlə xoş gəlmək üçün Azərbaycana qarşı sözün gerçək mənasında, “küçə itləri kimi hürməsidir”.
Belələrindən biri də İqor Strelkovdur (Qirkin). Bu şəxsin mahiyyətinin qarşılığı yalnız rus dilində var: “tryapka”. Rusiyada müxtəlif qurumlar-qruplaşmalar ondan zaman-zaman istifadə edir, istifadə müddəti başa çatan kimi də “əski parçası” kimi bir kənara atırlar.
Strelkovun “istifadə müddəti” 2014-cü ildə - Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi zamanı başlayıb. Həmin vaxt Strelkov “xidmətləri” qarşılığında qondarma “Donetsk respublikası”nın “rəhbəri” oldu. Rusiyanın ən böyük cinayətlərindən sayılan 298 nəfərin həlak olması ilə nəticələnən Malayziyaya məxsus “Boeing” təyyarəsinin vurulması aktını da məhz Strelkov icra edib. Buna görə Haaqa məhkəməsi onu qiyabi olaraq ömürlük həbsə məhkum edib. Hərbi cinayətkar olan Qirkin daha sonra Rusiyada da həbs olundu, səbəbi Ukraynada Moskvanın “xüsusi əməliyyat” adlandırdığı işğalçı müharibəni və birbaşa Putini tənqid etməsi idi.
Onun bu tənqidi və həbs edilməsinin kökündə Rusiya hərbi rəhbərliyi arasındakı qarşıdurma dayanırdı. Strelkov Donetskə separatçılıq üçün göndərilənə - 2014-cü ilə qədər Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı (1996-2013) olub. Həbs olunması da FSB və Rusiya Müdafiə Nazirliyinin çəkişməsinin nəticəsi idi. Həbsdən çıxandan sonra Qirkin “hərbi bloger”, “ekspert” kimi fəaliyyət göstərir. Yekaterinburqda FSB-nin azərbaycanlılara qarşı törətdiyi zorakılıqdan sonra onun Azərbaycana qarşı qondarma iddialar/ittihamlarla hücum etməsinin arxasında da iki səbəb dayanır.
Birincisi, “istifadə müddəti” başa çatması ilə “tryapka” kimi kənara atılmasından sonra “yuxarılara” xoş gəlmək, hələ də “yararlı” olduğunu göstərməkdir.
İkincisi, bağlı olduğu FSB-ni müdafiə etmək, törədilən zorakılığa haqq qazandırmaqdır.
Çünki FSB-nin törətdiyi əməllərin nəticələri Rusiya üçün o qədər də ürəkaçan deyil, xüsusilə Azərbaycanla münasibətlərin pozulması regiondakı mövqelərinə təsir etməsi baxımından. Bununla yanaşı, rəsmi Bakının Moskva qarşısında haqlı tələbləri var: Yekaterinburq zorakılığına görə günahkarlar cəzalandırılmalıdır. Bu, hadisələrin inkişafında FSB-nin cəzalandırılması perspektivlərini yarada bilər.
Görünür, FSB bu ehtimala qarşı Qirkin kimilər vasitəsilə diqqəti baş verənlərin mahiyyətindən, törədilən zorakılıqdan yayındırmaq cəhdləri edir. Strelkovun iddiaları – guya Azərbaycan Rusiyanın zəifləməsindən istifadə edir, guya bütün bunların arxasında Qərb ölkələri və Türkiyə dayanır, guya Azərbaycan Ukraynaya silah verir və s. - da məhz FSB-nin zorakılığını ört-basdır etmək, rəsmi Bakının haqlı etirazını qondarma “sui-qəsd nəzəriyyələrinə” bağlamağa hesablanıb.
Rusiyanın əsas bəlası da bu qarşıdurmalar və “istifadə müddəti bitmiş” Strelkov kimilərin hələ də söz sahibi olmasıdır.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir










.jpg)













.jpg)

.jpg)











