Nida Təhlil
Əliyevin Qarabağda tarix yazdığı anın FOTOSU: Lefkoşadan Bişkekə qədər verilən mesaj
Dörd ölkə liderinin - Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın çay süfrəsi ətrafında əyləşdiyi bu masadan mühüm siyasi nəticələr çıxır.
Birincisi, Əliyev qalmaqallı Səmərqənd sammitindən sonra ŞKTC ilə digər türk dövlətləri arasında yaranmış soyuqluğu aradan qaldırır. Avropa Birliyi-Mərkəzi Asiya ölkələrinin aprel ayında baş tutan Səmərqənd sammitində yunan Kiprini dəstəkləyən, türk Kiprinin müstəqilliyinə qarşı çıxan qərar qəbul edilmişdi. Bu addımın mənfi perspektivləri var:
- Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi iştirak edən ŞKTC-nin müstəqilliyinin tanınmasının önü kəsilir;
- Türk dünyasında əməkdaşlığın yerini qarşıdurma tutur.
Səmərqənd sammitindən sonra türk liderlərini Qarabağda bir masa ətrafında əyləşdirən Əliyev həm münasibətləri bərpa edir, həm də türk dünyası üçün yaranmış mənfi perspektivləri aradan qaldırır;
İkincisi, Prezident İlham Əliyev bu gedişlə türk coğrafiyasında birləşdirici mərkəzin Azərbaycan olduğunu sərgiləyir;
Üçüncüsü, Əliyev Qarabağı türk dünyasında siyasi mərkəzə - dialoq platformasına çevirir.
Asif Nərimanlı
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək














.jpg)




.jpg)


















