Nida Təhlil
Əliyevlə Paşinyan niyə Əbu-Dabidə görüşür: əsas gündəm nədir?
Prezident İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünün əsas gündəminə dair bir təxmin irəli sürmək mümkündür: Zəngəzur dəhlizinin hansı mexanizm üzrə açılmasının müzakirə edilməsi;
Tərəflərin yekun sülh sazişinə yaxınlığı azdır, xüsusilə Ermənistan konstitusiyasının hələ də dəyişdirilməməsi fonunda. Lakin hazırda əsas gündəm Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasıdır, bu, həm də sülh sazişinin imzalanmasında əsas düyün nöqtəsidir.
- Ermənistan dəhlizin keçdiyi bölgəyə suverenlik prinsipinin qorunması ilə razılaşmaya nail olmaq, nəticədə Türkiyə ilə sərhədlərin açılması və Avropaya çıxış əldə etmək istəyir;
- Azərbaycanın hədəfi Naxçıvana maneəsiz keçidi əldə etməkdir;
Tərəflər ABŞ-ın təklif etdiyi, Türkiyə tərəfindən koordinasiya edilən planı – böyük ehtimalla Naxçıvana çıxış üçün “Azərbaycandan Azərbaycana prinsipi” tətbiq edilir (Azərbaycanın yükləri maneəsiz keçir, marşrutdan istifadə edən üçüncü tərəflər yoxlanılır), dəhliz terminologiyasından istifadə olunmur və s. – müzakirə edə bilər. Müzakirə edilə biləcək ən önəmli məsələlərdən biri təhlükəsizliyin necə qorunmasıdır: Vaşinqtonun həvalə etdiyi özəl şirkət, yoxsa üçüncü ölkə olmalıdır və yaxud məsələ Bakı və İrəvan arasında ikitərəfli qaydada həll edilməlidir;
Görüş yerinin məhz Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi seçilməsində üç amil rol oynayır.
Birincisi, danışıqların yeni raundu üçün tamamilə yeni platforma seçilir, bununla proses Rusiya və Qərbin müdaxilə cəhdlərindən kənarda saxlanılır;
İkincisi, məkan kimi seçilən ölkənin hər iki tərəflə yüksək səviyyəli əlaqələrə malik olmasıdır: BƏƏ-nin həm iqtisadi, həm siyasi müstəvidə Azərbaycanla yaxın tərəfdaşlığı var, Ermənistanın isə ikinci ən böyük (2024-cü ilin statistikasına görə) tərəfdaşıdır;
Üçüncüsü və ən əsası, məkan seçiminin də danışıqların əsas təşəbbüskarı olan ABŞ-ın təklifi ilə edildiyi istisna edilməməlidir.
Asif Nərimanlı
-
Qoroskop01:20Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Cənubi Qafqaz6 İyul 22:18Tbilisinin mərkəzində torpaq sürüşməsi
-
İdman6 İyul 21:39Tramp o məsələ ilə bağlı İnfantinoya zəng etdiyini təsdiqlədi
-
Hadisə6 İyul 20:48Mərdəkanda dənizdə bir ailənin 4 üzvü batdı - İkisi xilas olundu
-
ABŞ6 İyul 19:40İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq - Tramp
-
Hadisə6 İyul 19:10Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu
-
Sosial6 İyul 19:00FHN-dən çimərliklərə gedənlərə xəbərdarlıq
-
Dünya6 İyul 18:50Kiyevə kütləvi hava zərbələri: ölü sayı artdı - Yeniləndi
























.jpg)







.jpg)






