Nida Təhlil
ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?
ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı təklifini açıqlayıb: 32 kilometrlik marşrut Amerika şirkətinə 100 illik icarəyə verilir və hər kəsin istifadəsinə açılır;
Zəngəzur dəhlizində təhlükəsizliyin özəl şirkətə verilməsi ideyası ilk dəfə Ermənistan tərəfindən irəli sürülüb. Dəhlizin Rusiyanın iştirakı ilə açılmasını qarşı çıxan İrəvanın iki il öncə gündəmə gətirdiyi bu variantın Avropadakı tərəfdaşlarının ideyası olduğu istisna deyildi. Həmin vaxt regional konyuktura fonunda Bakı bunu qəbul etmirdi və əsasən 10 noyabr razılaşması üzərində dayanırdı. Mövcud konyukturada Azərbaycan və Ermənistanın dəhlizin Rusiyasız açılması üzərində mövqeləri yaxınlaşıb, lakin əsas problem təhlükəsizliyin necə və kimin tərəfindən təmin ediləcəyidir.
Tom Barakın açıqlaması Vaşinqtonun zamin kimi iştirak niyyətini rəsmi şəkildə təsdiq edir. Hərçənd, bu variantın tərəflərin maraqlarına nə qədər uyğun olduğu mübahisəlidir, xüsusilə 100 illik icarə məsələsi fonunda.
Amerika şirkətinin 100 illik icarə ilə dəhlizdə olması ABŞ-ın Cənubi Qafqazda mövcudluğu deməkdir və burada Vaşinqtonun həm bölgəni, həm də Orta dəhlizi nəzarətə götürmək hədəfləri aydın görünür. Lakin bu nə Ermənistan, nə Azərbaycan üçün sərfli deyil, həmçinin, regionun gələcəyi baxımından da risklidir.
Birincisi, ABŞ-ın dəhlizdə 100 illik iştirakı Cənubi Qafqazı Rusiya ilə toqquşma platformasına çevirə bilər;
İkincisi, Zəngəzur dəhlizi Orta dəhlizin əsas keçidlərindən biridir və ABŞ-ın burada olması regionda Çinlə toqquşma perspektivi yaradır: belə bir toqquşma Pekinin Orta dəhlizə marağını azalda, “Bir kəmər, bir yol” layihəsində alternativ marşrutları aktuallaşdıra bilər;
Üçüncüsü, Zəngəzur dəhlizi türk dünyasının coğrafi bölünməsini aradan qaldırmaq rolunu da oynayacaq. Ki, ABŞ-ın 100 illik iştirakı Bakı və Ankaranın bu coğrafiyadakı hədəflərinə də nəzarət deməkdir;
Problemin həllində alternativ həll yolları tükənməyib:
- Bakı və İrəvan Naxçıvana maneəsiz keçidin təhlükəsizliyini ikitərəfli formatda təmin etməyin yollarını axtara bilər: bu, regionda üçüncü tərəflərin iştirakı ilə toqquşma risklərinin qarşısını almaq baxımından da əhəmiyyətlidir;
- Üçüncü tərəfin iştirakı qaçılmaz olacaqsa, Bakı və Ankara Türkiyənin də dəhlizdə bu və ya digər formada iştirakında israr etməlidir.
Asif Nərimanlı
-
Elm və təhsil22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var
-
Ekologiya19:36Kür və bəzi dağ çaylarında vəziyyət necədir?
-
Sosial19:24Bu xanıma yüksək vəzifə verildi
-
İKT19:00Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı
-
Səhiyyə18:48Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı






.jpg)































