Nida Təhlil
Tramp Putinə niyə “50 gün vaxt” verdi? - ABŞ-ın yeni Ukrayna planı
Trampın Putinə “50 gün vaxt” verməsi və Ukraynaya ABŞ silahlarının çatdırılması ilə bağlı qərarı Rusiyanı “danışıqlar masasına əyləşməyə və razılaşmaya məcbur etmək” aktı kimi görünsə də, müəmmalı məqamlar da diqqət çəkir.
1. Vaşinqtonda üç illik müharibənin yekununda Moskvanı bu yolla geri addım atmağa sövq etməyin çətin olduğunu anlayırlar: Kiyevə silahların verilməsi müharibənin uzanması və ABŞ-ın sülh planının arxa fona keçməsinə səbəb ola bilər;
2. Rusiyanı razılaşmaya məcbur etmək istəyən ABŞ bunu niyə indi yox, 50 gün sonra edir: Moskvaya nəyin zamanını verirlər?
Mümkündür ki, Tramp bir tərəfdən Ukraynaya silahların çatdırılmasına razılaşmaqla Rusiyaya təzyiq edir, digər tərəfdən, zaman verməklə Moskva ilə bərpa olunan təmas kanallarının tamamilə bloklanmasını istəmir. Lakin bu şübhəli məqamlar fonunda diqqətçəkən bir nəticə var: ABŞ silah satışından milyardlarla dollar vəsait qazanır;
Anlaşmaya görə, NATO ölkələri pulunu ödəmək şərti ilə ABŞ-dan silahları alacaq (Patriot sistemləri və raketlər) və Ukraynaya verəcəklər. Beləliklə:
- Silahların çatdırılmasında problemlər yaşanmasa (anlaşmanın praktiki müstəvidə tam icra ediləcəyinə dair birmənalı fikir yoxdur), Ukrayna Rusiya qarşısında ciddi müqavimət imkanı qazanır, həm də siyasi cəbhədə mövqeləri güclənir;
- Döyüş meydanında istədiyinə nail ola bilməyəb Rusiyanın masaya gəlməsi ehtimalı yüksəlir;
- ABŞ bu gedişlə həm danışıqları bərpa edir, həm də müdafiə sənayesindən yeni gəlirlər əldə edir;
Burada ən önəmli məsələTrampın Putini sülhə məcbur etmək üçün 50 gün vaxt verməsinin arxasındakı plandır: bu, Ukrayna cəbhəsində döyüşlərin şiddətləndirilməsi hədəfinə hesablanmış kimi görünür.
Bütün ssenarilər ABŞ-ın təklif etdiyi danışıqlar masasına çıxır.
Ssenari 1: 50 gün müddətində Rusiyanın cəbhədə maksimum irəliləmək, danışıqların növbəti raundunda mövqeyini gücləndirmək üçün Ukraynana total hücuma keçəcəyi istisna edilməməlidir. Moskva istədiyinə nail olarsa, Tramp Kiyevin masada güzəştə getməsini istəyəcək. Daha öncə də bir neçə dəfə Ukraynanı “qalib gəlməyəcəyi müharibə” aparmaqda ittiham edib. Mümkün “yay hücumu” Rusiyanın üstünlüyünü gücləndirsə, Vaşinqton eyni mövqeyə qayıdacaq.
Ssenari 2: Ukrayna Rusiyanı dayandıra bilsə, Tramp Moskvanın maksimal tələblərdən geri çəkilməsini və təqdim olunan təkliflərlə razılaşmasını istəyəcək, bu istiqamərdə təzyiq göstərəcək.
Ssenari 3: “Yay döyüş”lərində heç bir tərəf ciddi üstünlük qazanmasa, ABŞ hər iki tərəfə öz şərtlərini diktə etməyə və yeni danışıqlar mərhələsinə start verməyə çalışacaq.
Hazırda Ukrayna ətrafında baş verənlər ABŞ-ın mövqeyini dəyişməsindən daha çox, yeni şərtlər formalaşdırmaq istəyindən qaynaqlanır. Və belə görünür ki, bu şərtlərin yetişməsi döyüş meydanından keçir.
Asif Nərimanlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar





















.jpg)















