Nida Təhlil
Bakı və İrəvan sazişdən öncə “ilkin razılaşma” imzalayır - DETALLAR
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişi imzalanmamışdan öncə paraflana bilər. Bu məsələ Bakı və İrəvanın müzakirə masasındadır.
Burada söhbət yekun sülh sazişinin imzalanmasından öncə tərəflərin bu niyyətini təsdiq etməsi, “ilkin razılaşma”nın elan edilməsindən gedir. Tərəflər 17 maddəlik sülh sazişi mətnini razılaşdırıb. “İlkin razılaşma” da bu mətn çərçivəsində imzalana bilər. Sülh sazişinin paraflanmasında əsas maraqlı tərəf Ermənistandır.
- Paşinyan bundan növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir;
- Ermənistan hakimiyyətinin əsas niyyəti 17 maddəlik mətndən kənar müzakirə edilən məsələləri – konstitsiyanın dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, Minsk qrupunun de-yure buraxılması və s. arxa fona keçirməkdir;
Bunu anlayan rəsmi Bakı iki tələbdə - konstitusiyanın dəyişdirilməsi, Minsk qrupunun buraxılması məsələsində israr edir. Lakin sazişin paraflanması masada müzakirə edilirsə, bu, tərəflərin mövqelərində yaxınlaşma olduğu ehtimalını da gücləndirir.
Və “sülh sazişinə dair “ilkin razılaşma” variantı hansı halda mümkün ola bilər” sualını aktuallaşdırır.
Birincisi, Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciətin yaxın dövrdə reallaşması ehtimalı yüksəkdir;
İkincisi, 17 maddəlik mətndə “daxili qanunvericiliyin bu razılaşmanı poza bilməz” qeydi yer alır və İrəvan bu qeydə istinadən mövcud konstitusiyasının sülhə problem yaratmadığını iddia edir: hərçənd, rəsmi Bakı “ilkin razılaşma” üçün mətndə korrektlər edə və “Ermənistan konstitusiyasının və digər normativ-hüquqi aktlarının dəyişdirilməsinin qrafikini” müəyyən edəcək bəndn daxil edə bilər;
Üçüncüsü, Ermənistan Zəngəzur dəhlizinin Azərbaycana Naxçıvana maneəsiz çıxışının təmin edilməsi ilə açılması üzərində üçüncü tərəflərin zəmanəti ilə öhdəlik götürür: Paşinyanın son açıqlaması - Ermənistanın “autsorsinq” təcrübəsinin olduğu və bunun ölkənin suverenliyini məhdudlaşdırmadığı haqda dedikləri fəhlizin “Amerika variantı” ilə açılmasına loyal yanaşdıqlarını deməyə əsas verir; belə variantın region üçün uzunmüddətli risklər vəd etdiyi də istisna deyil, hərçənd, mövcud şərtlərdə alternetivlər də görünmür;
Azərbaycan “ilkin razılaşma”ya isti yanaşmır, lakin mövcud konyuktura sərfəli olacağı təqdirdə, sülh sazişinin paraflanması bu variantlarda mümkün görünür.
Asif Nərimalı
-
İdman20:05Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı - YENİLƏNİR
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək

























.jpg)











