Nida Təhlil
Maduronun həbsinin əsas səbəbi - ABŞ hansı siyasəti tətbiq edir?
ABŞ-ın Venesuelaya müdaxiləsi və Maduronun həbs edilməsi Trampın seçilməsindən sonra proqnozlaşdırılan kontinental siyasətin praktiki tətbiqi hesab oluna bilər: Vaşinqton Amerika qitəsinə kənar oyunçuların – Çin və Rusiyanın (Venesuelada İranın da aktivliyi vardı) müdaxiləsini qəbul etməyəcəyini nümayiş etdirdi; istisna deyil ki, Venesuelada post-Maduro dövrünün qurulmasına nəzarət etməyə çalışacaq ABŞ paralel şəkildə qitəni tam nəzarətə götürmək istiqamətində də hərəkət edəcək;
Növbəti hədəflər Çinlə hərbi-iqtisadi əməkdaşlığı dərinləşdirən ölkələr – Panama, Peru, Braziliya, Argentina, Ekvador və digərləri ola bilər. Son iki onillikdə ABŞ-ın kontinental təsirləri yerini Çinə verir və bu reallıq Vaşinqtonun Avrasiyada Pekinlə apardığı mübarizəni effektsiz edib. Tramp Administrasiyası bu vəziyyəti dəyişmək istəyir.
Maduronun həbsi ilə proses kontinental müstəvidə zəif halqa üzərindən başlandı. Və bu, qitədə Çinlə əməkdaşlığa üstünlük verən digər ölkələrə xəbərdarlıqdır. Tramp artıq Meksikaya müdaxilənin anonsunu verib. Məqsəd narkotrafika qarşı mübarizə kimi təqdim edilsə də, ABŞ-ı narahat edən Çinin artan təsiridir, Mexikonun Pekinlə əməkdaşlığı dərinləşdirməsi fonunda da bu amil ön plana çıxır. Panama da aktual hədəflərdən biri kimi görünür.
Venesuelaya müdaxilədə - Maduronun həbs edilməsində ABŞ haqlıdırmı? Beynəlxalq hüquq kontekstində xeyr, lakin “güclü olan haqlıdır” prinsipinin işlədiyi mövcud münasibətlər sistemində bunu heç bir ölkə mühakimə edə bilmir – bilməz.
Asif Nərimanlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











