Nida Təhlil
Maduronun ələ keçirilməsi əməliyyatı: İnanılmaz DETALLAR
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu heç bir itki vermədən ələ keçirməsinin detalları hələ də əsas müzakirə mövzularından biridir. Necə oldu ki, bir ölkənin xüsusi təyinatlı qüvvələri digər ölkənin prezidentini ciddi müqavimətlə üzləşmədən həbs edə bildi?
Publika.az xarici mənbələrdən ABŞ-ın Venesuelada həyata keçirdiyi tarixi əməliyyatın detallarını araşdırıb.
Əməliyyat aylar öncəsindən hazırlanıbmış. Amerikalı casuslar bir neçə ay ərzində Maduronun bütün hərəkətini izləyib. Venesuela hökumətində ABŞ tərəfindən ələ alınmış mənbənin də daxil olduğu kiçik qrup 63 yaşlı prezidentin harada yatdığına, nə yediyinə, hansı platarı geyindiyinə qədər hər şeyi araşdırıb.

“Mütləq qətiyyət” adlandırılan plan dekabrın əvvəlində tam şəkildə hazır olub. Əməliyyatın məşqi aylarla davam edib. Amerikanın elit hərbi qrupları hətta Maduronun Karakasdakı iqamətgahına daxil olmağı məşq etmək üçün model ev də hazırlayıblar. Plan “soyuq müharibə”dən sonra ABŞ-ın Latın Amerikasına sürpriz və misli görünməmiş hərbi müdaxiləsi olmalı idi. Əməliyyatın detalları ciddi şəkildə məxfi saxlanılıb və Konqresə də əvvəldən məlumat verilməyib, hətta məsləhətləşmələr belə olmayıb. Tramp Administrasiyası Konqresdə məlumatın sızmasından ehtiyat edib.
Dəqiq detallar öyrənildikdən sonra yüksək rütbəli hərbçilər əməliyyatın başlaması üçün ideal şəraiti gözləyib. Tramp 4 gün əvvəl əməliyyata icazə versə də, hava şərtlərinə görə hücum 3 yanvarda gerçəkləşib.
Amerikalı general Dem Keyn bildirib ki, Milad və Yeni il bayramlarından əvvəl əməliyyat qrupu – həm kişi, həm qadın hərbçilər hazır vəziyyətdə prezidentin əmrini gözləyirdilər. ABŞ prezidenti əməliyyata başlamaq əmrini cümə günü saat 22:46-da verib. General Keyn deyib: “O (Donald Tramp) bizə dedi: “Uğurlar, Tanrı sizinlə olsun”.
Hücum əmri gecə yarısından bir qədər əvvəl verildi və orduya əməliyyatın böyük hissəsini qaranlıqda keçirmək imkanı yaradıldı. Daha sonra dünyanı şoka salan iki saat iyirmi dəqiqəlik hava, quru və dəniz hücumu başlandı. Əməliyyat miqyas və dəqiqlik baxımından ağlasığmaz hesab olunur. Əməliyyatı Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo iqamətgahından izləyən Trampın bir tərəfində Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, digər tərəfində dövlət katibi Marko Rubio əyləşib.

“Bunu izləmək inanılmaz idi”, - Tramp şənbə günü deyib: “Əgər baş verənləri görsəydiniz... Mən bunu televiziya şousuna baxan kimi izlədim. Bu, sadəcə möhtəşəm idi”.
Son aylarda ABŞ bölgəyə böyük hərbi kontingent yerləşdirmişdi, bunun fonunda Maduroya ritorik müstəvidə ittihamlar yağıdırırdılar. Bu, mümkün hücumla bağlı gözləntilər yaratmışdı. Amerikalı rəsmilərin məlumatına görə, əməliyyata bombardmançı, qırıcı və kəşfiyyat də daxil olmaqla 150 təyyarə cəlb edilib. Tramp “Fox News”a müsahibəsində bunu “inanılmaz dərəcədə mürəkkəb əməliyyat” adlandırıb.

Gecə saat 02:00 radələrində Karakasda güclü partlayışlar eşidilib, şəhərin üzəri tüstü buludları ilə örtülüb. Venesuelalı jurnalist Ana Vanessa Herrero bildirib ki, dəhşətli səs eşidilib, partlayış bütün pəncərələri silkələyib: “Bundan dərhal sonra hər yeri tüstü buludu ötrdü, təyyarələr və vertolyotlar şəhərin üzərindən uçurdu”.
Daniela adlı şahid deyib ki, saat 01:55 radələrində parlayış səsinə yuxudan oyanıblar: “Hər yer tamamilə qaranlığa qərq olmuşdu, yalnız ətrafdakı partlayışların işığı görünürdü. Hər kəs çaşqınlıq içində idi”.

Tramp da bildirib ki, ABŞ əməliyyata başlamamışdan öncə Karakasda elektrik enerjisini kəsib, lakin bunun necə edildiyini dəqiqləşdirməyib.
Əməliyyatı ABŞ ordusunun ən elit bölməsi olan “Delta Force” həyata keçirib. General Keyn deyib ki, əməliyyat qrupu tam silahlanmışdı və lazım gələrsə, Maduronun evinin metal qapılarını kəsmək üçün qaz məşəli götürmüşdülər. Əməliyyat qrupu hücum başladıqdan qısa müddət sonra Maduronun iqamətgahına çatıblar.
“Əməliyyat qrupu Maduronun iqamətgahına daxil oldu, sürət və dəqiqliklə hərəkət etdilər”, - general bildirib.
Asif
-
Dünya00:30Maduronun xanımına görə qadınlar AYAĞA QALXDILAR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
-
Magazin26 Yanvar 21:00“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR
-
ABŞ6 Yanvar 20:36"Lənət şeytana, pressinq et" - Alonso ona qışqırıb
-
Sosial6 Yanvar 20:00Leyla Sarabiyə vəzifə verildi




































.jpg)
