Nida Təhlil
İranın Naxçıvana hücum planı öncədən hazırlanıb - DETALLAR
İranın Naxçıvana hücumu ilə bağlı bu ölkənin mediasında diqqəti faktdan yayındırmaq cəhdləri edilir. Azərbaycanda da ictimai rəyi yönləndirməyə hesablanmış manipulyativ cəhdlərin sinxron şəkildə həyata keçirildiyi müşahidə olunur. Əsas tezis belədir ki, “ABŞ və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İranın nəyinə lazımdır”, “Bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin planıdır” və s.
Dörd amil bu iddiaların/təliğatın reallığı əks etdirmədiyinə əminlik yaradır.
Birincisi, İran rejiminin müharibə məntiqidir.
Bütün regionu hədəf seçən İrandakı mövcud rejim daha çox ölkəni müharibəyə qoşmaq, bölgədə xaos yaratmaq prinsipi ilə hərəkət edir və göstərir ki, “ABŞ-ın hücumundan hər kəs əziyyət çəkir”. Bu, həm digər ölkələri də müharibənin hədəfinə çevirmək, həm də ABŞ-ın hücumlarına qarşı etirazları körükləmək məqsədi daşıyır. Hazırda İrana faktiki rəhbrəlik edən SEPAH üçün hədəflərin fərqi yoxdur.
İkincisi, İran müharibədən öncə bu ssenari haqda xəbərdarlıq etmişdi;
Rejim rəsmiləri “müharibə bütün regiona yayılacaq” açıqlamaları verirdi. Bakıya səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə də “İrana qarşı hücum olarsa, müharibə sərhədləri aşacaq” təhdidini səsləndirmişdi.
Üçüncüsü, İranın mümkün hədəf siyahısına Azərbaycanın adının olduğu haqda məlumatlar vardı;
Məlumatlara görə, Xameneinin ölümündən öncə müharibədə hücum ediləcək ölkələr və hədəflərlə bağlı planlar hazırlanıb. Bu siyahıda region ölkələri – ABŞ-ın hərbi bazalarının olduğu, eləcə də tərəfdaş hesab etdiyi ölkələr yer alıb. Azərbaycanın adı daha çox Qərblə enerji əməkdaşlığı edən ölkə kimi çəkilirdi. 12 günlük müharibədən sonra Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazeminin dilindən “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”, “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” kimi təhdidlərlə hədəflər gündəmə gətirilirdi.
Dördüncüsü, İranın mövcud rejimi Azərbaycana düşmən mövqeyindədir;
İranın 44 günlük müharibədə Ermənistana verdiyi dəstək, Azərbaycana qarşı törədilən təxribatlar, müharibədən sonra da bunun davam etməsi uzaq tarixdə baş verməyib. Rəsmi Bakı ilə Tehran arasında münasibətlər normallaşma mərhələsinə keçsə də, mühafizəkarlar, xüsusilə SEPAH Azərbaycanla bağlı siyasətini dəyişdirməyib.
Asif Nərimanlı
-
Nida Xəbər 17:45Türkiyə XİN İranın Naxçıvana hücumu ilə bağlı bəyanat yaydı
-
Nida Xəbər 17:12Bayramov Fidanla İranın Naxçıvana hücumunu müzakirə etdi
-
Rəsmi xronika16:42Cavab tədbirləri hazırlansın və həyata keçirilsin - İlham Əliyev
-
Rəsmi xronika16:25Prezidentdən sərt xəbərdarlıq: İran bunu unutmasın!
-
Rəsmi xronika16:17İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
-
Nida Xəbər 15:40SEPAH rəsmən elan etdi - Naxçıvanı biz vurmuşuq
-
Sosial15:04Görün Rusiyada süpürgəçilər nə qədər maaş alır
-
Nida Xəbər 14:48Azərbaycanla Ermənistan sülh müqaviləsini nə vaxt bağlayacaq? - Paşinyan sevinir ki...
















.jpg)






.jpg)




.jpg)






