Nida Təhlil
Ordumuzun bir nömrəli hazırlığı İrana hansı mesajı verir?
İranın Naxçıvana hücumuna Bakının reaksiyası, xüsusilə ordunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi “Azərbaycanı İran avantürasına cəlb edəcəklər” iddialarına/fikirlərinə yol açıb. Bundan təbliğat məqsədilə istifadə edənlər də var.
Azərbaycanı İran müharibəsinə qoşmaq istəyənlər ola bilər, lakin Əliyevi belə avantüraya çəkə bilməzlər. Təcrübə ilə təsdiqlənib: Bakı nə milli və strateji marağı olmayan prosesə qoşulur, bəzən qoşulmuş kimi görünsə belə, praktiki müstəvidə gedişlər etmir, nə də Azərbaycan əsgərini başqa maraqlara qurban verir. Bunun son nümunəsini Qəzza məsələsində gördük.
İranın Naxçıvana hücumuna – Azərbaycanın suveren ərazisinə müdaxiləsinə diplomatik müstəvidə lazımi cavab verildi. Ordunun bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi mövcud vəziyyətdə “strateji çəkindirmə” məqsədi daşıyır. Çünki İran rejimi “güc dili”ndən anlayır. Ermənistanın müdafiəsi məqsədilə sərhədimizə “ləşkər” toplayanda da Azərbaycanın adekvat reaksiyası qarşısında irəliləyə bilmədilər. İran rejiminin Naxçıvandan sonra yenidən hücum etməyəcəyinə zəmanət yoxdur, əskinə belə ehtimal daha çoxdur. Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirməklə İrana Əliyevin dediyi kimi, “istənilən cavab əməliyyatına hazırıq” mesajı verir.
Gələcək addımlar isə yaxın dövrdə İranda baş verənlərə uyğun ola bilər.
Asif Nərimanlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)