Nida Təhlil Türkiyədə anti-Azərbaycan kampaniyasının müəllifi: Albayrak nəyə xidmət edir? 8 Mart 2026 14:05 İran müharibəsinin başlanmasından sonra Türkiyə mediasında Azərbaycana qarşı heç bir əsası olmayan “İsrailə dəstək” iddialarının yer aldığı dezinformasiya kampaniyasına start verilib. Analoji kampaniya daha öncə Qəzza məsələsində həyata keçirilmiş, “Azərbaycan Eurovision müsabiqəsində İsrailə dəstək verdi”, “Azərbaycan Qəzzaya hücum edən İsrail təyyarələrini yanacaqla təmin edir”, “Azərbaycan 7 oktyabrda İsrailə dəstək məqsədilə bayraqları yarıya qədər endirdi” tipli “deepfake” vasitələri ilə hazırlanan saxta xəbərlər tirajlanmışdı. “İsrailə dəstək” iddiaları üzərində qurulan eyni kampaniya yenidən başlanıb. Halbuki, Azərbaycan həmişə olduğu kimi, indi də İrana qarşı hücumlarda platforma olmayacağını ilk gündən bəyan edib, bu məsələ həm xarici işlər nazirləri, həm prezidentlərin telefon danışığında xüsusi olaraq vurğulanıb. Buna baxmayaraq, Türkiyə mediasında “Azərbaycanın İsrailə dəstək verdiyi” haqda uydurma iddialar səngimək bilmir. İranın Naxçıvana dron hücumlarından sonra isə belə iddialar daha da güclənib. Bu hücumun “İran tərəfindən edilmədiyini” əsaslandırmağa çalışan iddialar irəli sürülür, hücuma məruz qalan Azərbaycanın sərt mövqeyi “İsrailə dəstək” kimi təqdim olunur. Hücuma məruz qalan, mülki vətəndaşları yaralanan Azərbaycanın qardaş Türkiyədə ittiham hədəfinə çevrilməsi cəmiyyətdə haqlı narazılıq yaradır. Çünki anti-Azərbaycan kampaniyası zaman-zaman təkrarlanmasına baxmayaraq, Türkiyə dövləti saxta iddialara “dur” demir, əksinə hakim dairələrə yaxınlığı ilə tanınan media resursları da geniş şəkildə kampaniyada iştirak edir. Bu məqam Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimin dayandığına diqqət çəkir. Araşdırmalar göstərir ki, Türkiyədə Azərbaycana qarşı saxta iddialar əsasən “Turkuaz” media qrupuna daxil olan resurslarda tirajlanır. Misal üçün, “Sabah” qəzetinin İranın Naxçıvana dron hücumu haqqında yayımladığı “Azərbaycana hücum kimin işinə yarayır” sərlövhəli məqaləsində rəsmi Tehranın mövqeyi müdafiə olunur. Qəzetin digər məqaləsində İranın Naxçıvana hücumu ilə bağlı Azərbaycan rəhbərliyinin milli maraqlara əsaslanan sərt mövqeyi tənqid edilir. Azərbaycanla bağlı analoji iddialar media qrupuna daxil olan telekanallarda irəli sürülür. Bununla yanaşı, “Turkuaz” media qrupuna daxil olmayan, lakin bu qrupa yaxınlığı ilə seçilən informasiya resursları da xor şəkilində anti-Azərbaycan kampaniyasına qoşulub. “Turkuaz” media qrupu Türkiyənin keçmiş enerji və təbii sərvətlər (2015-2018), xəzinə və maliyyə (2018-2020) naziri, Prezident Rəcəb Tayyip Ərdoğanın kürəkəni Berat Albayraka məxsusdur. Bu fakt Türkiyədə aparılan anti-Azərbaycan kampaniyasının arxasında Berat Albayrakın dayandığını deməyə əsas verir. Kampaniyanın uzun müddət davam etdirilməsi və qarşısının alınmaması da Berat Albayrakın təsir imkanlarının güclü olmasından qaynaqlanır. Berat Albayrakın Azərbaycana qarşı düşmənçiliyinin əsas səbəbi şəxsi maraqlarıdır. Onun Azərbaycan və Türkiyə enerji əməkdaşlığında özünə yaxın şirkətlərin daha çox pay almasına çalışdığı deyilir. Nazir olduğu dövrdə Albayrakın Azərbaycanı “dəstəkləyən” açıqlamaları, xüsusilə enerji əməkdaşlığı haqqında müsbət fikirləri olsa da, əslində Cənub Qaz Dəhlizi və TANAP layihələrinin sabotaj edilməsinin başında o dayanırdı. “Redhack” haker qrupunun sızdırdığı Berat Albayraka məxsus elektron poçt mesajlarında bununla bağlı məlumatlar var. Albayrakın Azərbaycana düşmənçiliyində İranla ticarət əlaqələri xüsusi rol oynayır. Vaxtilə onun səlahiyyətlərindən istifadə edərək, İrana sanksiyaların dəlinməsi prosesində kömək etdiyinə dair məlumatlar açıq mənbələrdə mövcuddur. Rza Zərrab işində bir nömrəli şübhəlilərdən biri kimi Albayrakın adı hallanırdı. Rza Zərrabla bağlı ABŞ-da aparılan məhkəmə prosesində İran sanksiyalarının dəlinməsi məqsədilə “Halkbank” və “Akitbank” kimi banklardan istifadə olunduğu ortaya çıxdı. B.Albayrak həmin vaxt “Akitbank”ın daxil olduğu “Çalık Holdinq”in rəhbəri idi. 2013-cü ildə Rza Zərrab həbs olunandan sonra Albayrakın sanksiyalardan yayınaraq, pulların yuyulması sxeminin davam etdirilməsini təmin etdiyi haqda məlumatlar var. ABŞ prokurorluğunun bu işlə bağlı iddianamələrində, eləcə də Rza Zərrabın məhkəmə ifadələrində İran sanksiyalarının dəlinməsinə və pul köçürmələrinin davam etdirilməsinə Albayrakın dəstək verdiyi qeyd olunur. Türkiyə tərəfi Albayrakın Rza Zərrab işində iştirakını təkzib etdi, ona qarşı rəsmi ittiham irəli sürülmədi. Lakin ABŞ prokurorluğunun araşdırmaları və Rza Zərrabın ifadələrində Albayrakın adı prosesdə əsas iştirakçı kimi keçir. Zərrabla biznes əlaqələri Albayrakın İranla dərin bağlantıların qurmasına, xüsusilə kəşfiyyat orqanları ilə əməkdaşlığına şərait yaradıb. Bu faktlar fonunda Türkiyədə Azərbaycana qarşı İran maraqlarının müdafiəsi məqsədilə həyata keçirilən informasiya hücumlarına məhz Albayrakın rəhbərlik etməsi təsadüfi deyil. Türkiyədə bir müddət öncə SOCAR-a qarşı təşkil olunan qarayaxma kampaniyasının da İran kəşfiyyatının istəyi ilə Albayrak tərəfindən təşkil olunduğu haqda məlumatlar var. Bu məlumatlar Berat Albayrak və “Turkuaz” media qrupunun rəhbərliyində təmsil olunan qardaşı Serat Albayrakın hazırda həyata keçirdiyi anti-Azərbaycan kampaniyasının şəxsi maraqlarından və xarici kəşfiyyat orqanlarının direktivlərindən qaynaqlandığını deməyə əsas verir. Türkiyədə anti-Azərbaycan kampaniyasına qarşı çıxanlar olsa da, Türkiyə Prezidentinin ailəsi ilə qohumluğundan sui-istifadə edən Berat Albayrak buna imkan vermir, əksinə kampaniyanın daha da genişlənməsinə çalışır. Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının bir məqsədi var: qardaşlığımızı sarsıtmaq, “bir millətin iki dövləti” arasındakı münasibətlərə zərbə vurmaq. Azərbaycan və Türkiyənin münasibətlərinin pozulmasını istəyən üçüncü qüvvələrin olduğu məlumdur. Berat Albayrak da maddi maraqlarını təmin etmək naminə üçüncü tərəflərin istəyi/tapşırığı ilə Bakı-Ankara xəttində çatların yaranmasına xidmət edir. Ankaranın bu haqda düşünməsi və proseslə dərhal müdaxilə etməsi zərurəti var. Çünki Azərbaycan mediasının qardaşlıq münasibətləri ilə bağlı gözlədiyi “qırmızı xətt” Türkiyə mediasında adekvat deyil. İndiyə qədər Azərbaycan mediası dünya mediasında Türkiyənin daxili və xarici siyasəti ilə bağlı diqqətçəkən məlumatları məhz qardaşlıq münasibətlərinə görə görməzdən gəlib. Türkiyədə isə təkcə FETÖ-ya bağlı olan yox, hakimiyyətə yaxın media resurslarında Azərbaycana qarşı dezinformasiyalara əsaslanan qarayaxma kampaniyası sistemli şəkildə aparılırsa, Azərbaycan mediasının da informasiyalara qardaşlıq prizmasından yox, peşəkar jurnalistika prinsiplərindən yanaşmasının zamanıdır. Türkiyə mediasında Azərbaycanla bağlı heç bir “qırmızı xətt” gözlənilirmirsə, Azərbaycan mediası niyə bunu etməlidir?! Asif Nərimanlı Teqlər Azərbaycan Türkiyə İnformasiya kampaniya Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Rubionun Ermənistan səfərində “gizli missiyası” - ABŞ-ın planı nədir? ABŞ-İran sazişi - Və “qorxulu Tehran”da müəmmalar Postmüharibə bərpasında Azərbaycan nümunəsi: Sürətli, sistemli və innovativ Beynəlxalq müstəvidə qiymətləndirmə: İlham Əliyevin sözü ilə əməli üst-üstə düşür WUF13-də Azərbaycanın uğuru: İlham Əliyevin inkişaf siyasəti qlobal müstəvidə WUF13-ün nəticələri: Azərbaycan qlobal urbanizasiyada qalıcı irs yaratdı Reklam Xəbər lenti Günlük Həftəlik Qoroskop02:00 Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır Region01:40 İranda partlayış səsləri eşidildi Dünya01:20 İran zənginləşdirilmiş uranı bu ölkəyə vermək istəyir Səhiyyə00:45 Leylan Nəsirovaya yeni vəzifə verildi Nida Xəbər 00:27 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünya25 May 23:55 Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırdı Nəqliyyat25 May 23:35 Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin qatarı yola düşdü - Foto Sosial25 May 23:15 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək Avropa25 May 22:52 Barda partlayış - 7 nəfər xəsarət aldı Hadisə25 May 22:38 Ödənişli yolda avtomobil aşdı: yaralananlar var - Foto Daha çox Maraq dünyası25 May 09:54 Putinin ailəsi ilə bağlı gizli fakt üzə çıxdı: Babası bu kənddə... Sosial25 May 11:48 İyun ayında 10 gün iş olmayacaq Yaxın Şərq25 May 09:18 Trampın müsəlman ölkələrindən İsraillə bağlı tələbi: İran müharibəsi bitən kimi... Region25 May 09:06 Rusiyanın Ermənistan planı bəlli oldu: Üç gün sonra nə baş verəcək? Nida Təhlil 25 May 09:30 ABŞ-İran sazişi - Və “qorxulu Tehran”da müəmmalar Region25 May 15:25 Müctəba Xameneidən xəbər var: Harada gizləndiyi bəlli oldu Sağlamlıq25 May 07:35 Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi Region25 May 11:36 Medvedyev erməniləri qorxutdu: Paşinyana görə bunları itirəcəksiniz Maraq dünyası25 May 09:12 Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR Sosial25 May 06:46 Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj Qoroskop19 May 02:19 Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq Rəsmi xronika19 May 16:08 İlham Əliyev fərman imzaladı Sosial21 May 13:09 Müavinət və təqaüd alanların nəzərinə Sosial20 May 13:36 İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO Rəsmi xronika20 May 13:45 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika19 May 09:44 İlham Əliyev xoş xəbəri ELAN ETDİ İdman19 May 16:41 Fransa millisinin görünməz qəhrəmanı kimdir? - Anri onu seçdi Sosial20 May 14:31 Pensiyaçılara şad xəbər Sosial20 May 15:03 Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi Dünya20 May 09:30 Ukrayna Rusiyaya bu ölkənin ərazisindən hücum edəcək - Üçüncü Dünya Müharibəsi başlayır? Gündəm Qoroskop02:00 Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır Region01:40 İranda partlayış səsləri eşidildi Sosial25 May 23:15 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək İnanc25 May 21:26 Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik MDB25 May 21:13 Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin! Elm və təhsil25 May 19:20 Azərbaycanda yeni universitet yaradılacaq Ekologiya25 May 18:10 Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq Rəsmi xronika25 May 17:20 İlham Əliyev sərəncam imzaladı