Nida Təhlil
İranın 4 min kilometrlik hədəfə hücumunun nəticəsi - DETALLAR
İranın 4 min kilometr uzaqlıqdakı ABŞ və Britaniyaya məxsus Dieqo Qarsiya bazasına ballistik raketlə hücumu ölkənin imkanlarının təsəvür ediləndən daha yüksək olduğunu nümayiş etdirməklə yanaşı, müharibəyə yanaşmada yeni reallıqları da ön plana çıxarır.
Birincisi, İranın hərbi potensialı ilə bağlı qeyri-müəyyən vəziyyət yaranır: raket arsenalının ABŞ-ın regiondakı bazalarını, İsraili və qonşu ölkələri hədəfə ala biləcək 2 min kilometr həddində olduğu bilinsə də, bu hücum təsəvvürləri dəyişdirir;
İkincisi, İranın müharibəni regiondan kənara, hətta Avropaya qədər genişlədə biləcək imkanlara malik olduğu anlaşılır;
Bu, İranın təhdid altında olan ölkələrin ABŞ-İsrail cəbhəsinə qarşı müxalif mövqeyini gücləndirməyə hesablanmış “strateji çəkindirmə” taktikası baxımından önəmli görünür, xüsusilə Avropaya xəbərdarlıq hesab oluna bilər. Lakin əks-effekt amili daha güclü ola bilər.
- ABŞ və İsrail bundan İran rejiminin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını göstərmək məqsədilə istifadə edəcək: bu kontekstdə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin “İran raketləri Avropa paytaxtlarına çata bilər, Berlin, Paris və Roma birbaşa təhlükə altındadır” sözləri diqqətçəkəndir; bu, anti-İran koalisiyasının mümkünlüyünü aktuallaşdırır, ən azı Hörmüz boğazında ABŞ-ın istədiyi dəstəyi əldə etməsi imkanları yarada bilər;
- Tramp daxildə anti-müharibə mövqeyinə qarşı İranın birbaşa ABŞ-ın təhlükəsizliyini təhdid etdiyi arqumentini gücləndirəcək;
Bu kontekstdə Dieqo Qarsiyaya raket hücumu ABŞ üçün daha sərfəli görünür.
Asif Nərimanlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







