Nida Təhlil
Trampın geriçəkilmə taktikası: İran rəhbərliyində yeni “qurban” seçilib?
Trampın Tehranın israrla təkzib etdiyi “münaqişəyə son qoymaqla bağlı məhsuldar danışıqlar aparılıb” açıqlaması və İranın enerji resursları və elektrik stansiyalarına zərbələri “5 günlük təxirə salması” bir-biri ilə əlaqəli olan birdən çox məqsədə hesablanmış diplomatik manevr kimi qiymətləndirilə bilər.
Birincisi, enerji bazarındakı böhranlı vəziyyətə təsir etmək: Trampın açıqlamasından sonra neft qiymətlərində müşahidə edilən enmə də bunu deməyə əsas verir; Vaşinqton bazarın ən az “5 gün nəfəs alması”nı və bu müddətdə Hörmüz boğazı problemini həll etməyin yollarını axtarmaq imkanı əldə etmək istəyir;
İkincisi, zaman qazanmaq: ABŞ-ın raket arsenalınında itkilərin bərpasına ehtiyac var, eyni zamanda, müharibənin gedişi – yeni fazaya keçilməsi, yaxud ilkin hədəflərə nail olunması ilə kifayətlənmək haqda qərar verilməlidir;
Üçüncüsü, müharibə haqda həm ABŞ daxilində, həm beynəlxalq müstəvidə müxalif mövqe qarşısında mövqeyini gücləndirmək: ABŞ administrasiyası bir tərəfdən dialoq tərəfdarı kimi çıxış edir, digər tərəfdən İranın qəbul etməyəcəyi şərtləri – Hörmüz boğazının açılması da daxil olmaqla əvvəlki tələblər – irəli sürməklə “müharibəni bitirməyə çalışdığını” nümayiş etdirir; Tehranın qəbul etməməsi, ki belə olacağı bəlli idi, hücumları yeganə “çıxış yolu” olduğu arqumentini gücləndirə bilər;
Burada diqqət çəkən məqam danışıqlarda İranı təmsil edən şəxs kimi spiker Qalibafın adının dövriyyəyə buraxılmasıdır. Qalibafın adının hallanması onu birbaşa SEPAH-ın hədəfinə çevrir və bunun iki mümkün səbəbi ola bilər:
1. Qalibafın adının hallanması Vaşinqtonun məlumatı çərçivəsində baş verirsə, ABŞ və İsrail bununla rejim daxilində ziddiyyətləri körükləmək, qarşıdurma yaratmaq gedişi edir;
2. Mümkündar ki, müharibənin mövcud şərtlərdə bitməsini istəməyən İsrail Qalibafı SEPAH-ın hədəfinə çevirməklə ABŞ-ın danışıqlar planını pozur: “ABŞ-la danışıqlara İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir” məlumatının “Yerusəlim Post” nəşri tərəfindən yayılması da bu kontekstdə diqqətçəkəndir.
İran rəhbərliyində növbəti “qurban” Qalibaf ola bilər. Trampın “5 günlük müddətdə” isə müharibənin gedişi müəyyənləşəcək.
Asif Nərimanlı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons
-
İdman01:40Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq
-
Dünya3 İyun 23:15SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub
-
Kriminal3 İyun 23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin13 İyun 20:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...
-
Hadisə3 İyun 20:12İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi



































