Nida Təhlil
Tarixi memarlığımıza qarşı qraffiti vandalizmi
Nizami Kino Mərkəzinin divarının korlanması təkcə Azərbaycanda yox, bütün dünyada müzakirələrə səbəb olan “qraffiti sənətdir, yoxsa vandalizm?” sualını yenidən gündəmə gətirdi. Qraffiti həvəskarları əməllərini “sənətin növü” kimi qiymətləndirsə də, beynəlxalq təcrübədə bu addım – şəxsi və dövlət mülkiyyətinin divarlarının korlanması, kimlərinsə fantaziyasının eybəcər formalarında bəzədilməsi vandalizm və cinayət tərkibli hesab olunur. Çünki bu “rəsmlər” həm mülkiyyətə zərər vurur, həm ümumi görüntünü pozur, həm də iqtisadi problemlər yaradır. Misal üçün, ABŞ-da qraffiti həvəskarlarının sprey boya ilə çəkdikləri “rəsmlərin” silinməsinə milyardlarla dollar xərcləndiyi deyilir. Qraffiti həvəskarları öz əməllərini “küçə incəsənətinin nümunəsi” kimi təqdim etməyə, hətta sərgilər təşkil etməklə legitimləşdirməyə çalışsalar da, dünyada bu əməllər vandalizm kimi qəbul olunur.
“Nyu-York Tayms” nəşri bu haqda yazır: “Qraffiti hər zaman vandalizmdir. Bu, öz evində etmədiklərinin başqasının mülkinə qarşı etmək deməkdir. Hətta qraffiti sərgilərinə yer verən muzeylər, yaxud rəsm salonları öz divarlarının eybəcər formaya salınmasına razı ola bilməzlər”.
20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B gecə yarısı Kino Mərkəzinin divarını korlamaqla qraffitinin vandalizm aktı olduğunu bir daha sübut etdi.
Birincisi, Nizami Kino Mərkəzi paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli binadır və onun divarının korlanması tarixi abidəyə qarşı vandallıqdır.
İkincisi, bu addım paytaxtın ümumi görünüşünə qarşı məsuliyyətsizlikdir. Bakı dünyada tarixiliyi və yüksək təmizliyi ilə tanınan şəhərdir. Tarixi binaların korlanması bu imicə ziyan vuran addımdır.
Üçüncüsü, Bakıda son illər aparılan genişmiqyaslı abadlıq, təmizlik və bərpa işləri şəhəri daha da gözəlləşdirir. Bu gözəlliyin arxasında böyük əmək və vəsait dayanır. Vandalizm əməlləri ilə bu gözəlliyə ziyan vurmaq həm əməyə hörmətsizlik, həm də dövlət büdcəsinə ziyan vurmaqdır.
Qraffiti rəsmlərinin qəbul edilməzliyi eyni zamanda, bunun Azərbaycan mədəniyyətinə yad olmasıdır. Divarların korlanması ilə nəticələnən qondarma “sənət əsərləri” Bakıya yad mədəniyyəti gətirmək cəhdi kimi də qiymətləndirilə bilər ki, bu, heç də müsbət hal deyil. Qraffitinin daha çox yayıldığı Qərb ölkələrində belə bu, vandalizm kimi qəbul olunursa, niyə bizə yad olan qondarma “sənəti” qəbul etməliyik?!
Bunu gənclər də, valideynlər də düşünməli, cəmiyyət olaraq belə əməllərə qarşı mübarizə aparmalıyıq. Gənclər anlamalıdır ki, bu cür məsuliyyətsizliklə hamımızın olan şəhəri eybəcərləşdirir, başqalarının əməyinə qarşı hörmətsizlik edirlər. Valideynlər də övladlarını belə əməllərdən çəkindirməli, məsuliyyət hissi və ictimai mülkiyyətə hörmət aşılamalıdır.
Müəllif: Publika.az
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



