Nida Təhlil
ABŞ-ın dəhşətli hücumu, İranın cavab planı - Saatlar sonra nə baş verəcək?
Tramp “bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək” təhdidi ilə İrana son xəbərdarlığını etsə də, vəziyyətin dəyişəcəyi gözlənilmir. Çünki tərəfləri uzlaşmadan uzaqlaşdıran amillər hələ də qalır.
Birincisi, mövcud situasiyadır;
- Hörmüz boğazına təsir imkanları ilə ABŞ-ı çətin vəziyyətə salan İran müharibəni davam etdirmək və “sərfəli anlaşma” əldə etmək imkanlarını saxlayır;
- Hərbi üstünlüyə malik olan ABŞ və İsrail Tehranı təslim olmağa məcbur etmək üçün davamlı zərbələrlə yanaşı, digər variantları da nəzərdən keçirir;
İkincisi, tələblərdir: mövqelər ziddiyyətlidir;
- ABŞ İrana sanksiyaların ləğvi və nəzarətində olacaq mülki nüvə proqramından başqa heç bir güzəşt tanımır, təslimiyyət xarakterli şərtlərini davam etdirir;
- İran Hörmüz boğazında imtiyazlarının tanınmasını, təzminatın ödənilməsini, proksi qüvvələrin toxunulmazlığı kimi qəbul edilməsi çətin görünən şərtlər irəli sürür;
Vaşinqton bu gün axşama qədər İrandan cavab gözlədiyini bəyan etsə də, Tehranın 10 maddəlik tələblə cavab verdiyi, əvvəlki mövqeyində qaldığı haqda məlumatlar var.
Bu, Tranpın “çərşənbə axşamı” xəbərdarlığının reallaşmasına saatların qalması deməkdir. Gün ərzində İrandan gələn məlumatlar bu kontekstdə diqqət çəkir: Döyüş təyyarələrinin Tehranın üzərində aşağı məsafədən uçduğu haqda məlumatlar var; Kərəc, Kaşan, Təbriz, Tehran və Zəncan şəhərlərində dəmir yolu xətləri dağıdılıb, o cümlədən, müxtəlif bölgələrdə avtomobil körpüləri hücuma məruz qalıb; Məşhəd dəmir yolu stansiyasında səfərlər təxirə salınıb;
İranın infrastruktur obyektlərinə hücumlar başlanıb və istisna deyil ki, bu hücumların ilkin məqsədi Tehranı son saata qədər geri çəkilməyə məcbur etmək məqsədi daşıyır. İranın cavabı dəyişməyəcəyi təqdirdə, elektrik stansiyaları da daxil olmaqla infrastrukturun dağıdılmasına hesablanmış genişmiqyaslı hücum həyata keçiriləcək.
Vaşinqton günün sonunda İranın təslim olmasını istəyir, hərçənd, infrastrukturun, xüsusilə elektrik stansiyalarının sıradan çıxarılmasının rejimin hərbi cavab imkanlarına ciddi təsir göstərəcəyi gözləntisi azdır. Çünki İran ordusu əsasən dizel və reaktiv yanacaqdan istifadə edir. Bu halda əziyyət çəkən tərəfin İran xalqı olacağı aydındır.
SEPAH-ın “əvvəlki təmkin başa çatdı, ABŞ və onun tərəfdaşlarının infrastrukturuna qarşı elə addımlar atılacaq ki, bu, onları uzun illər regionun neft və qaz resurslarından məhrum edə bilər” xəbərdarlığı isə İranın region ölkələrini növbəti hücum dalğasına hazırlaşdığından xəbər verir.
Proseslər müharibənin daha şiddətli olacaq növbəti mərhələnin bu gecə başlaya biləcəyini göstərir.
Asif Nərimanlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)
.jpg)

















