Nida Təhlil
ABŞ-İran müharibəsi və atəşkəs: Kim qalib gəldi? - Ziddiyyətli detallar
ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələrə səbəb olub. Hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir.
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını elan edib. İddia edib ki, Vaşinqton Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub: İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul edilib, bütün sanksiyalar ləğv edilir, qətnamələr ləğv olunur, dəyişmiş ziyan ödənilir, Amerika qüvvələri bölgədən çıxarılır, Hizbullaha qarşı müharibə dayanır;
Atəşkəsin bu şərtlər çərçivəsində qəbul edilməsi iddiası reallıqdan uzaqdır.
Birincisi, bu şərtlər ABŞ-ın 15 maddəlik təslim planına cavab olaraq hazırlanmışdı və tərəflər razılaşa bilmədikləri üçün hücumlar davam etdirildi;
İkincisi, razılaşma ABŞ-ın “sivilizasiyanın məhv edilməsi” hücumuna saatlar qalmış əldə olundu: bu o deməkdir ki, geri çəkilən tərəf İrandır;
Lakin İranın geri çəkilməsi ABŞ-ın təslim aktını qəbul etməsi demək deyil. Bu kontekstdə Trampın “100 faizlik qələbə” iddiası da reallığa uyğun gəlmir. ABŞ İran müharibəsində yekun hədəflərinə nail ola bilmədi, xüsusilə rejimin “sağ qalması” fonunda. İranın Hörmüzü bağlamaqla yaratdığı qlobal iqtisadi problemlər müharibənin gedişində Vaşinqtonun prioritetlərini boğazı açmaq və “masada razılaşma ilə üstünlük əldə etmək” istiqamətində dəyişdirdi. Atəşkəs razılaşması da buna istinadən qəbul olunub:
- ABŞ hücumları dayandırır;
- İran Hörmüz boğazını açır;
Hadisələrin inkişafı, danışıqlar prosesində müəyyən ediləcək. Danışıqların mahiyyəti isə müharibədən fərqlidir: burada “mütləq qalib” olmur, sülh üçün hər iki tərəf güzəştə getməlidir; bu baxımdan, “kim qalib gəldi” sualı açıq olaraq qalacaq;
İran müharibəsində qələbə anlayışının klassik təcrübədən fərqli olduğu da qeyd olunmalıdır, xüsusilə teokratik rejimin yanaşması kontekstində. ABŞ üçün hədəflərindən birinə belə nail olmamaq, “məğlubiyyət” kimi təqdim edilsə də, İran rejimi üçün bütün itkilərə rəğmən “sağ qalmaq” qələbə deməkdir.
Asif Nərimanlı
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
































