Nida Təhlil
Avropa İttifaqında Azərbaycan faktoru - Kallasın səfəri nəyi dəyişir?
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr fonunda rəsmi Brüsselin real siyasət kursu yenidən diqqət mərkəzinə düşüb. Xüsusilə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın Ermənistandan dərhal sonra Bakıya səfər etməsi və burada səsləndirdiyi konstruktiv mesajlar müəyyən suallar doğurur. Bu addım, bir tərəfdən, Avropa institutları daxilində mövcud fikir ayrılıqlarını üzə çıxarır, digər tərəfdən isə Azərbaycanın regionda artan strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Görünən odur ki, Brüssel bəzi siyasi dairələrin sərt və qərəzli ritorikasına baxmayaraq, Bakı ilə əməkdaşlıq xəttini qorumaqda maraqlıdır.
Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımova müraciət edib. O, Avropa siyasətində Azərbaycana münasibətdə iki fərqli yanaşmanın mövcud olduğunu bildirdi.
Konstruktiv xətt və icra strukturlarının mövqeyi
Politoloqun sözlərinə görə, birinci yanaşma konstruktiv və rasional düşünən siyasi çevrələri əhatə edir və bu qüvvələr əsasən hökumətlərdə və icra strukturlarında təmsil olunurlar. O, qeyd etdi ki, bu istiqamətin nümayəndələrindən biri də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasdır.
"Kallasın Azərbaycana əvvəlki səfəri zamanı enerji, logistika və nəqliyyat kimi sahələrdə geniş müzakirələr aparılıb və bu, Aİ-nin icra strukturlarının Avropa Parlamenti ilə eyni xəttdən çıxış etmədiyini göstərib", - deyə Qasımov vurğuladı.
Eyni kontekstdə o, Avropa Şurası Prezidenti Antonio Koştanın Bakıya səfərini də xatırladaraq bildirdi ki, onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə kifayət qədər müsbət və konstruktiv bəyanatlarla çıxış edərək Azərbaycanı Avropanın etibarlı enerji tərəfdaşı kimi dəyərləndirməsi mühüm siyasi mesaj idi.
Avropa Parlamentində fərqli yanaşma və siyasi ziddiyyət
İkinci yanaşmanın Avropa Parlamentində müşahidə olunduğunu deyən politoloq qeyd etdi ki, bu institutda müxtəlif siyasi qüvvələr fəaliyyət göstərir və onların bir qismi lobbi təsirləri altında qərarlar qəbul edir.
Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi qərarlar Azərbaycan üçün hüquqi baxımdan məcburi deyil və məhz bu səbəbdən Bakı həmin qurumla münasibətlərini dayandırmaq qərarı verib.

Kallasın səfəri və dəyişən geosiyasi reallıqlar
Qasımov hesab edir ki, Kaya Kallasın Ermənistandakı Avropa Siyasi Birliyi toplantısından sonra Bakıya səfəri Aİ-nin regionda sülh prosesinə marağını nümayiş etdirir. Onun sözlərinə görə, bu, “ikili oyun” kimi qiymətləndirilməməlidir, əksinə, daha çox balanslı və praqmatik yanaşmanın göstəricisidir.
"İndiki mərhələdə Azərbaycanın strateji əhəmiyyəti ciddi şəkildə artıb", - deyən politoloq bildirdi ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanı Çinlə birləşdirən şimal dəhlizinin faktiki olaraq zəifləməsi, eyni zamanda İran-ABŞ gərginliyi fonunda Hind okeanı və Hörmüz boğazında yaranan risklər Avropanın enerji və logistika təhlükəsizliyini daha da mürəkkəbləşdirib.
"Bu şəraitdə isə Çin-Avropa daşımalarının ən stabil və təhlükəsiz marşrutunun Azərbaycan üzərindən keçdiyi qeyd olunur. Bu səbəbdən də Azərbaycanın enerji təhlükəsizliyində rolu da Avropa tərəfindən artıq açıq şəkildə qəbul edilir", - deyə politoloq vurğuladı.
Nəticə: əməkdaşlıq məntiqi üstünlük qazanır
Politoloqun fikrincə, Kaya Kallasın səfəri Avropa İttifaqının Güney Qafqazda mövqelərini gücləndirmək və regionda sülh prosesinə töhfə vermək niyyətinin göstəricisidir. O əlavə edib ki, bu prosesdə Azərbaycanın iştirakı həlledici əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, “Azərbaycan olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil” və ölkənin müasir nəqliyyat-logistika infrastrukturu Avropanın enerji və iqtisadi təhlükəsizliyində mühüm rol oynayır: "Bu reallıq Avropada rasional və praqmatik düşünən siyasətçilər tərəfindən qəbul olunur və gələcəkdə Azərbaycan-Aİ münasibətlərinin daha dinamik inkişafına zəmin yaradır".
Müəllif: Adəm Abbaslı
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq






.jpg)












.jpg)





.jpg)









