Nida Təhlil
Azərbaycan yaxın illərdə Avropaya yaşıl enerji də ixrac edəcək - Vüqar Bayramov
Bakıda təşkil olunan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti, ölkənin qlobal enerji təhlükəsizliyində rolu, təbii qaz ehtiyatları, ixrac imkanları və yaşıl enerji sahəsində görülən işlərlə bağlı mühüm mesajlar verib.
Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, yeni enerji layihələrindən və bərpa olunan enerji istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin çıxışında səsləndirilən məqamların Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyinin göstəricisi olduğunu bildirdi.
Azərbaycanın enerji təhlükəsizliyində rolu artır
Deputat qeyd etdi ki, Azərbaycanın həm Avropa İttifaqının, həm də digər region ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasındakı töhfəsi getdikcə artır:
“Nəzərə alsaq ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz nəql edir, onların 12-si Avropa İttifaqına üzv olan ölkələrdir, bu da ondan xəbər verir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi paya malikdir”.
Onun sözlərinə görə, Azərbaycanın Avropa enerji bazarındakı mövqeyi də kifayət qədər güclüdür:
“Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Avropanın qaz idxalında Azərbaycan ən böyük beş təchizatçıdan biridir və bu, Azərbaycanın Avropanın enerji bazarında xüsusi paya malik olduğunu bir daha təsdiq edir. Təbii ki, bu, Azərbaycanın geosiyasi mövqeyini gücləndirən faktorlardan biridir”.
Vüqar Bayramov vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan regionun əsas güc mərkəzlərindən birinə çevrilib:
“Praktik olaraq, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan hazırda regionda orta güc dövlətinə çevrilib və cənab Prezidentin Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan birmənalı şəkildə mövcud ehtiyatlarla ən azı 100 il müddətində özünün və tərəfdaşlarının təbii qazını nəql etmək və təmin etmək imkanına malikdir”.
Deputat bildirdi ki, Azərbaycandan təbii qaz alan ölkələrin sayında da artım müşahidə olunur. O, bunların Azərbaycanın beynəlxalq nüfuzuna sözsüz müsbət təsir göstərdiyini, rəsmi Bakının geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxardığını vurğuladı.

Neft-qaz gəlirləri iqtisadi inkişafı sürətləndirib
Millət vəkili qeyd etdi ki, Prezident İlham Əliyevin çıxışında enerji satışından əldə olunan gəlirlərin ölkənin inkişafına yönəldilməsi məsələsinə də xüsusi diqqət ayrılıb.
Onun sözlərinə görə, enerji resurslarının satışından əldə edilən vəsaitlər həm sosial sahələrin, həm də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verib:
“Açılış mərasimində cənab Prezidentin qeyd etdiyi kimi, enerji satışından əldə edilən gəlirlər digər sektorların inkişafını xüsusi ilə stimullaşdırdı və sosial infrastrukturun genişlənməsi, həmçinin qeyri-neft sektorunun dəstəklənməsi formasında özünü göstərdi. Təbii ki, biz xüsusən də Azərbaycanın xam neft ixrac etdiyi dövrlə müqayisə etsək, bütün iqtisadi və sosial göstəricilərdə müsbət dəyişiklik qeydə alınıb”.
Deputatın fikrincə, bu göstəricilər enerji gəlirlərinin düzgün istiqamətləndirildiyini təsdiqləyir:
“Bu, ondan xəbər verir ki, neft və eləcə də təbii qaz satışından əldə edilən gəlirlər ölkə iqtisadiyyatının inkişafına və sosial təminatın daha da güclənməsinə sərf edilib”.
Azərbaycan yaşıl enerji ixracatçısına çevrilir
Vüqar Bayramov bildirdi ki, Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkələrdən biri olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də ciddi addımlar atır.
Deputat qeyd etdi ki, ölkənin təsdiqlənmiş qaz ehtiyatları uzunmüddətli perspektivdə həm daxili tələbatın, həm də tərəfdaş ölkələrin ehtiyaclarının qarşılanmasına imkan verir:
“Təbii ki, Azərbaycan ənənəvi enerji resursları ilə zəngin olan ölkələrdəndir və 2,5 trilyon kubmetrlik kəşf edilən ehtiyatları ən azı 100 illik müddətdə Azərbaycana və tərəfdaşlarına təbii qazı nəql etmək imkanına malikdir”.
O əlavə etdi ki, son illərdə yaşıl enerji sahəsinə yönəldilən investisiyaların həcmi də əhəmiyyətli dərəcədə artıb:
“Bütün bunlara yanaşı, Azərbaycan həm də bərpa olunan enerji resurslarına diqqət ayırır və son illər Azərbaycan regionda bərpa olunan enerjinin inkişafına ən çox sərmayə sərf edən ölkələrdəndir. Son illər bu istiqamətdə 1 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu da ondan xəbər verir ki, Azərbaycanda enerji keçidi də intensiv və eyni zamanda səmərəli şəkildə reallaşır”.
Millət vəkili hesab edir ki, yaxın perspektivdə Azərbaycan Avropa bazarına yalnız neft və qaz deyil, həm də yaşıl enerji ixrac edə biləcək.
Adəm Abbaslı
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır
-
Magazin208:49Bacısı gənc reperin öldüyünü açıqladı - Həkim səhvi ucbatından...
-
Dünya08:10Kiyevə dəhşətli hücum - Ölən və xəsarət alanlar var





































