Nida Xəbər
Nazir müavini: "Bu, bəşəriyyətə qarşı bir cinayətdir"
Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi” keçirilib.
Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan mühazirədə teatr və kino aktyoru Nurəddin Mehdixanlı, Təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı şəhərinin icra başçısı Asif Ağayev çıxış edib.
Müxtəlif ölkələrdən gələrək ölkəmizdə ali təhsil alan 30 tələbənin Azərbaycanın şanlı tarixi ilə tanışlığı üçün təşkil edilmiş seminarda Nurəddin Mehdixanlı Azərbaycanın öz tarixinə verdiyi əhəmiyyətdən danışıb:
“Yaddaş bir millətin tarixi, sevinci, ağrılarıdır. Millət bir tarixə sahib olanda bayrağına da, torpağına da yiyə durmağı bacarır. Biz nə qədər ki, yaşadıqlarımızı yaddaşımızda saxlaya biləcəyik, o zaman hər şeyin sahibi olacağıq. 26 yaşı olan Müstəqil Azərbaycan öz taleyinə, dövlətçiliyinə, mədəniyyətinə kifayət qədər sahib çıxır. Vətəndaşımızın 150 il, yaxud 1 gün öncə şəhidlik zirvəsinə yüksəlməsindən asılı olmayaraq, o, bizim üçün bir dəyərdir. Hesab edirəm ki, ölkəmizdə yaranan multikultural ab-hava bütün dünya ilə barış içində yaşamağa imkan verir. Ölkəmiz, insanlarımız üçün canından keçən hər kəs bizim qardaşımızdır və bu belə qalacaq. Unutmamalıyıq ki, İrəvan da, bütün Qərbi Azərbaycan da bizimdir. Millət bir olanda var olur. Azərbaycan yaddaşını diri tutmaqla birliyə qovuşacaq”.
Şamaxı rayonu icra hakimiyyətinin başçısı Asif Ağayev öz çıxışında Prezident İlham Əliyevin 1918-ci il soyqırımlarının 100 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamını xatırladıb:
“Bu gün 20-ci əsrdə yazılan tariximizin qan yaddaşına nəzər salırıq. 1813-cü ildən başlayaraq 1992-ci ilə qədər erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar bizim yaddaşımızda daim yaşayacaq. Ermənilər həmişə fürsət güdüb ki, Azərbaycan dövlətçiliyi zəifləsin və bundan sonra onlar xalqımıza qarşı hücuma keçsinlər. Ermənilərin Azərbaycan xalqının torpaqları üzərində iddia qaldırmaq prosesi bu gün də davam edir. Bu tarix bizim gözümüzün qarşısında olan hadisələrdir. Elə dünən daha bir ağrılı-acılı günü – Xocalı soyqırımının ildönümünü qeyd etdik. Azərbaycanın başına çox belə hadisələr gəlib. Ancaq xalqımız bu dəhşətlərin qarşısında qürurla dayanıb və dayanır. Elə bunun nəticəsidir ki, İlham Əliyev 1918-ci il soyqırımlarının 100 yaşını qeyd etmək üçün xüsusi sərəncam imzalayıb”.
Təhsil nazirinin müavini Firudin Qurbanov isə əcnəbi vətəndaşlara Azərbaycan tarixinin dəyərlərinə göstərdikləri hörmətə görə minnətdarlığını bildirib:
“Burada 30 ölkənin vətəndaşı iştirak edir. Onlara təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul edib, könüllü şəkildə bizə qoşuldular. “Novruz mühazirələri”ni məhz Azərbaycanın soyqırım yaddaşına həsr etməyimizin səbəbi prezidentimizin 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı imzaladığı sərəncamdır. Baxmayaraq ki, o tarixdən 100 il keçib, ancaq xalqımız bunu heç vaxt yaddan çıxarmır. Həmin hadisələrdə 5 ay ərzində 50000-dən çox azərbaycanlı qətlə yetirilib. Ermənilər daim bizim hakimiyyətsizliyimizdən istifadə ediblər. Onlar xüsusi qəsbkarlıqla bizim dinc əhalimizi qətlə yetiriblər. Bu, təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bəşəriyyətə qarşı cinayətdir.
Təbiət elə yaradılıb ki, övlad valideynini seçə bilmir. Qonşu da həmçinin. İndi nə edək ki, bizim də qonşularımız belədir. Ailə o zaman xoşbəxt olur ki, onun qonşusu yaxşıdır. Azərbaycan xalqı da öz qonşularına yaxşı qonşu olub. Ancaq xalqımız daim öz qonşusunun mənfur niyyətlərindən əziyyət çəkib. Şamaxının ən gözəl yerlərində ermənilər yaşayıb. Buna xalqımız şərait yaradıb. Biz onların dininə, peşələrinə hörmətlə yanaşmışıq. Ancaq onlar bu yaxşı niyyətimizin qarşılığında “Cümə məscidi”ni, Bakıdakı tarixi məscidlərimizi yandırıb. Bu gün bizim 20 faiz torpağımız işğal altındadır. 1 milyona yaxın əhalimiz qaçqındır. 40000-dən çox əlyazma kitablarımız yandırılıb. Mənfur düşmənlər bizə Qarabağda 320 milyard dollar maddi ziyan vurub. Lakin millətimiz bu ziyanların, bədbəxtliklərin qarşısında dizini bükməyib. 2016-cı ildə baş verən “Aprel döyüşləri” bunun bariz nümunəsidir".
Bizim iqtisadiyyatımız da, ordumuz da imkan verir ki, biz düşmənlərimizə nəyə qadir olduğumuz göstərək”.
Zümrüd
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO