Nida Xəbər
Ermənistan səksəkədə, Qarabağda VƏZİYYƏT DƏYİŞİR: Azərbaycan Ordusu cəbhədə... - VİDEO
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ bölgəsində yaşayan sadə ermənilər İrəvan tərəfindən
yaradılmış qondarma rejimə etiraz edirlər.
Publika.az xəbər verir ki, iki gün öncə Xankəndində
İrəvandan gəlmiş Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları
ilə şəhərdə yaşayan ermənilər arasında baş verən kütləvi davadan
sonra ermənilər qondarma rejimin “polis rəisi” və “təhlükəsizlik
xidmətinin rəhbəri”nin istefasını tələb ediblər.
Məlumatlara görə, küçələr bloklanıb, dövlət binaları mühasirəyə alınıb. Qondarma rejimin “rəhbərliyi” bəzi şəxsləri istefaya göndərməklə aranı sakitləşdirə bilib.
Lakin Ermənistan mediası tezliklə yeni toqquşmaların
başlayacağını, əhalinin küçələrə çıxacağını yazır.
Erməni siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Xankəndindəki
rejim İrəvandakı köhnə rejimin uzantısıdır: “Heç kimə sirr deyil
ki, Qarabağdakı Rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən
idarə olunur. İrəvanda köhnə rejim dəyişdi, lakin eyni rejimin
uzantıları Xankəndində qalır. Əhalinin etirazının kökündə isə
məişət zəminində baş verən hər hansı insident yox, daha dərin
səbəblər var”.

Onun sözlərinə görə, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir.
“Lakin İrəvanda baş verən inqilabla müqayisədə Xankəndində baş
verə biləcək üsyan daha təhlükəli nəticələrə gətirib çıxara bilər.
Çünki Xankəndində baş verə biləcək daxili çaxnaşma cəbhədə
Azərbaycanın əlini gücləndirəcək və Bakı bu prosesdən asanlıqla
yararlana bilər. İrəvandan fərqli olaraq, “DQR”-i heç bir ölkə,
hətta Ermənistan belə tanımır. Bu baxımdan, orada hər hansı
çaxnaşma heç bir beynəlxalq diqqətə səbəb olmayacaq. Əvəzində
Azərbaycanın hərbi yolla əraziləri qaytarmaq planının önünü
açacaq”, - deyə o bildirib.
Asif
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






.png)
.jpg)
.png)




























