Nida Xəbər
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI VƏ... - Xankəndidə müharibə toplantısı
ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Ermənistana
səfər etdi və inqilabdan sonra hakimiyyətə gələn yeni baş nazir
Nikol Paşinyanla görüşdü. Bu səfər daha çox tanışlıq xarakteri
daşıyırdı. Güman ki, həmsədrlər həm də Ermənistanın yeni rəhbərliyi
ilə Azərbaycan rəhbərliyinin görüşünün mümkünlüyünü də
yoxladılar.
Publika.az xəbər verir ki, həmsədrlərlə görüşdə diqqət
çəkən ən mühüm detal Paşinyanın “Qarabağ danışıqlarda əsas tərəf
kimi iştirak etməlidir”, - tezisinin gündəmə gəlməməsi oldu.
Məlumata görə, Ermənistan və Azərbaycan rəhbərliyinin mümkün
görüşünün müzakirə edildiyi toplantıda “Qarabağın tərəf kimi çıxış
etməsi” məsələsinə ümumiyyətlə toxunulmayıb.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, Ermənistan üçün
“Qarabağın tərəf kimi iştirakı” məsələsinin ilkin şərt olmadığını
göstərir. Hərçənd, Ermənistanın yeni rəhbərliyi uzun müddət idi ki,
bu məsələni israrla gündəmə gətirirdi. Görünür, İrəvanda Bakı ilə
toqquşmağın öz ziyanlarına olduğunu anlayanlar hələ də var.
Erməni şərhçi qeyd edir ki, Azərbaycanın son vaxtlar Qarabağ və
Naxçıvan cəbhəsində irəliləməsi və arsenalına yeni dağıdıcı
silahları daxil etməsi müharibə təhlükəsi üçün ciddi siqnal
oldu.
“Ermənistan rəhbərliyi daha ehtiyatla davranmaq yolunu seçir”, -
deyə o qeyd edib.
Həmsədrlərin İrəvana səfəri fonunda Ermənistan prezidenti Armen
Sarkisyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə
gəlişi və qondarma rejimin “prezidenti” Bako Saakyanla qapalı
müzakirələr aparması diqqət çəkdi.
Erməni şərhçi Aram Amatuni hesab edir ki, Qarabağ cəbhəsində
müharibənin yenilənməsi təhlükəsi mövcuddur və Sarkisyanın
Saakyanla Xankəndindəki qapalı toplantısında məhz bu məsələlər
müzakirə olunub.
“Təbii ki, Xankəndidə son vaxtlar Qarabağdakı etiraz aksiyaları və
Saakyanın gedişi məsələsi də müzakirə edilib. Lakin indiki məqamda
müharibə təhlükəsinin müzakirəsi daha aktualdır. Cəbhədəki
hadisələr erməni hərbi birləşmələrinin daha yaxşı müdafiəsini
zəruri edir. Xankəndidəki toplantıda da məhz bu məsələlər əsas
müzakirə mövzusu olub”, - deyə Amatuni iddia edib.
Asif
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






.png)
.jpg)
.png)




























