Nida Xəbər
Nəzakət Məmmədova: "Minsk qrupunun ədalətli mövqedən çıxış etməsini gözləyə bilmərik"
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasında ümumi beynəlxalq məsələlərdə olduğu kimi, Qarabağ münaqişəsinin həllinə yanaşmada da ziddiyyətlər var".
Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətini idarə edən qüvvələr bu vəziyyətdən sui-istifadə edirlər:
"Dünya ölkələri bilir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasında müəyyən dairələr var ki, onlar bu həqiqətlərə göz yummağı seçir. Ermənistan da bunu yaxşı bilir və bu vəziyyətdən sui-istifadə edir. Digər tərəfdən, Minsk qrupunun həmsədr ölkələrində bəzi dairələr Ermənistanın indiki iqtidarını hakimiyyətə elə özləri gətirib və onu himayə edirlər. Başqa cür mövqe sərgiləyə də bilməzlər. Bu səbəbdən Minsk qrupunun həmsədrləri öz aralarında beynəlxalq məsələlərə beynəlxalq hüquq və beynəlxalq münasibətlərin prinsipləri nöqteyi-nəzərindən deyil, öz maraqlarından çıxış edirlər. Belə olan halda da bu cür özbaşınalıqlar, məsuliyyətsiz bəyanatlar təəssüf ki, davam edəcək. Heç kim bunların təkrar yaşanmayacağına zəmanət verə bilməz".
N.Məmmədova ATƏT-in Minsk qrupu üzvlərinin Cənubi Qafqazda öz geosiyasi maraqlarının olduğunu deyib:
"ATƏT hər zaman bu məsələyə neytral mövqedən yanaşıb. Minsk Qrupunun həmsədrliyində təmsil olunan üçlüyün əsas məqsədi ilk növbədə Qarabağ münaqişəsinin ədalətli həlli yox, özlərinin Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasıdır. Bu məsələdə həmsədrlər arasında kəskin rəqabət hökm sürür. Belə bir durumda onların Azərbaycan üçün ədalətli mövqedən çıxış etməsini gözləyə bilmərik. Buna görə də Minsk qrupunun həmsədr ölkələrində bəzi qərarvermə mərkəzləri Ermənistanda möhkəmlənmək üçün onun qanunsuz siyasətinə, rəhbərliyinin verdiyi bəyanatlara göz yumur, susmağa üstünlük verirlər".
Könül Cəfərli
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı


















.jpg)

















