Nida Xəbər
Frankofoniya sammitinin İrəvanda keçirilməsi aşağılayıcı münasibətin növbəti təzahürüdür - ŞƏRH
"Beynəlxalq Frankofoniya Təşkilatının yaradılmasında əsas hədəf Fransanın keçmiş və hazırda mövcud olan koloniyaları üzərində “mədəni” nəzarətini qoruyub saxlamaqdan ibarət olub. Fransa bu təşkilata bu gün də eyni kontekstdən yanaşır. Bu gün dünyanın ən demokratik ölkələrindən biri sayılan Fransanın öz ərazilərindən kənarda Qvadelupa, Qviana, Nayotta, Martinka, Reyunyon adlı subyektlərdən ibarət, ümumilikdə, 92 min 148 kilometr sahəsi olan koloniyası var. Çağdaş beynəlxalq münasibətlər sistemi və insan hüquq və azadlıqları baxımından bu, nonsensdir. Özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə koloniyalarının sahəsindən asılı olmayaraq müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır".
Publika.az bildirir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Fransanın işğalçı Ermənistanı özünün kiçik bacısı hesab etməsinin səbəbini də elə burada axtarmaq lazımdır: "Fransa ilə Kanada arasında Beynəlxalq Frankofoniya Təşkilatına sahiblik uğrunda qarşıdurmanın yaranmasını və bunun Ermənistanda baş verməsini təsadüfi saymaq olmaz. Fransa Beynəlxalq Frankofoniya Təşkilatına ənənəvi olaraq öz ilkin təyinatı – mədəni imperializm aləti kimi yanaşır. Bu, Fransa üçün təbii sərvətləri zəngin olan keçmiş koloniyaları üzərində üstünlüyünü qoruyub saxlamaq, onların təbii sərvətlərini soyub-talamaq, Afrika kimi nəhəng bir bazarda dominant rolunu əldən verməmək üçündür".
Ekspert qeyd edib ki, son zamanlar Kanadanın Afrika istiqamətində yürütdüyü siyasət, qitə bazarında mövqelərini gücləndirməsi Fransanı ciddi şəkildə narahat edir: "Kanada Fransanın keçmiş koloniyalarında Paris üçün ənənəvi olan sahəni – avtomobil ixracını də ələ keçirir. Bu baxımdan Yerevanda baş verən qarşıdurmanı daha çox geosiyasi və geoiqtisadi maraqların toqquşması müstəvisindən dəyərləndirmək lazımdır. Frankofoniya təşkilatının baş katibinin “bu təşkilat ölüdür” deməsi də qurumun elan etdiyi prinsiplərdən uzaqlaşdırılması istiqamətində Fransanın göstərdiyi səylərdir".
E.Mirzəbəyli əlavə edib ki, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi qərarının özü də sadalanan prinsiplərə ironik, aşağılayıcı münasibətin növbəti təzahürüdür.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)

















.jpg)
.jpg)

