Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - POLİTOLOQ

“Azərbaycan Dünya İqtisadi Forumunun (DAVOS) Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilməsinə baxmayaraq, 12 əsas sütun indikatorundan 7-si üzrə yüksək dərəcələrə layiq görülərək 140 ölkə içərisindən 31-ci yerdə qərarlaşıb. Bu, bizim üçün çox uğurlu nəticədir”.

Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, dünyanın ən mühüm, nüfuzlu iqtisadi forumlarından birinin hesabatında Azərbaycanın yüksək qiymətləndirilməsi dünya ölkələri arasında ölkəmizin iqtisadi inkişafına şübhə ilə yanaşan tərəflərə də layiqli cavab oldu:

“Bu, dünyanın ən nüfuzlu iqtisadi formlarından biridir. İlham Əliyev özü şəxsən bu forumlar da iştirak edir. DAVOS formunda dünyanın biznes, iqtisadi, siyasi dairələrinin iştirakı ilə geniş fikir mübadiləsi aparılır və bu müzakirələrdən əldə edilən nəticələr bütün dünya üzrə ən nüfuzlu hesabatlar hesab edilir. Ayrı-ayrı iqtisadi mərkəzlərin hazırladığı kiçikhəcmli hesabatlardan fərqli olaraq bu forumun hesabatının Azərbaycanın iqtisadi nüfuzunun hər kəsə bəyan edilməsi deməkdir. Dünyanın bir çox biznes, maliyyə mərkəzləri üçün meyar rolunu oynayır ki, bu nəticələr də dünya iqtisadiyyatına yön verir. Bu nəticələrə uyğun olaraq hər hansısa təşkilat bir ölkəyəyə sərmayə yatırması baxımından qiymət verir. Forum nəticələri hər ölkədə iqtisadi səviyyənin hansı dərəcədə olmasını, onu hansı perspektivlərin gözlədiyini, sərmayə üçün məqbul hesab edilə bilərmi, yoxsa yox ortaya qoyur. Bu gün bütün ölkələrin xarici sərmayələrə ehtiyacı var, eləcə də Azərbaycanda da bu sərmayələr üçün olduqca geniş şərait var. Bütün bunların fonunda Azərbaycanın xarici sərmayələrə görə etibarlı ölkə olduğu sübuta yetirildi. Bu isə bizim iqtisadiyyatımızın inkişafına şübhə ilə yanaşanlara layiqli cavab oldu. Təbii ki, iqtisadi inkişaf olmasa, biz bu gün 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmarıq. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşı qiymətləndirilib. Bundan başqa hesabatın institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınan nəticələr sırasındadır. Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi xüsusi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal - 100 faiz bal toplamaqla dünyada ilk pilləyə yüksəlib. Bütün bunlar onu göstərir ki, ölkəmizdə müxtəlif sahələrdə çoxşaxəli, sürətli inkişaf var”.

Politoloq onu da əlavə edib ki, DAVOS forumunda Azərbaycanın 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşması, habelə dövlətimizin iqtisadi inkişaf dərəcəsinə görə etibarlı tərəfdaş kimi təqdim edilməsi prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində qazandığı və qazandırdığı uğurların nəticəsidir:

“Prezident İlham Əliyevin 15 illik fəailiyyətinin nəticəsi olaraq bu hesabat nəticələri bizə çox gözəl hədiyyədir. Ölkə başçımızın xalqın mənafeyini qoruyaraq atdığı bütün addımların nəticəsi olaraq bu gün biz ən nüfuzlu iqtisadiyyat formunun hesabatlarında yüksək nəticələr əldə edirik. Hər bir ölkə üçün əsas amil iqtisadiyyatın inkişafıdır. İqtisadiyyat inkişaf etməsə həmin ölkədə heç bir perspektivdən söhbət gedə bilməz. Bunun nəticəsi olaraq Azərbaycan bir daha hər kəsə sübut etdi ki, o güclü iqtisadiyyata, güclü siyasi strategiya yeridən liderə sahib olduğu müddətcə daim zirvələrə doğru gedəcək. Əminəm ki, bundan sonra da Azərbaycan nüfuzlu Beynəlxalq forumlarda, təşkilatların keçirdiyi hesabatlarda ən yüksək yerlərə layiq görüləcək”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm