Nida Xəbər
Politoloq: Prezident İlham Əliyev təkzibolunmaz faktlarla sübut etdi ki...
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış cinayətkar rejimin qeyri-qanuni, qeyri-sivil üsullara söykənən xarici siyasətini – işğala, rüşvət diplomatiyasına, əcnəbi siyasi xadimlərə, beynəlxalq təşkilatlarda mövqe tutan siyasətçilərin orden, medallar verməklə ələ alınmasına əsaslanan xarici siyasətini çox gözəl səciyyələndirdi. Bunu politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, bütün bunların nəticəsində beynəlxalq təşkilatlarda ikili standartlar hökm sürməkdə, BMT kimi mötəbər təşkilatın Ermənistandan işğal olunmuş torpaqlarımızı qeyd-şərtsiz azad etməsini tələb edən dörd qətnaməni qəbul etməsinə baxmayaraq, işğalçı ölkə öz qoşunlarını Azərbaycan ərazisində qeyri-qanuni şəkildə saxlamaqda davam edir, üstəlik, atəşkəsi pozaraq hərbi qulluqçularımızı və dinc mülki əhalini öldürür.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev, habelə artıq siyasi səhnədə xeyli zəifləmiş kriminal rejimin uğursuz daxili siyasətinin – işğal nəticəsində ölkəsinin iqtisadiyyatının zəifləməsi, öz xalqına zorakılıq tətbiq etməsi, ölkədə dərin demoqrafik böhranla əlaqədar əhali sayının getdikcə azalması, regional layihələrdən kənarda qalması nəticəsində xalqın səfalət həddində yaşaması kimi problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi:
"Prezident haqlı olaraq bildirdi ki, Ermənistandan və erməni diplomatiyasından konyakdan tutmuş işğalçı dövlətin mükafatlarını, orden və medallarını rüşvət qismində alan əcnəbi siyasətçilər onların qeyri-qanuni maraqlarının icraçısına çevrilirlər. Biz buna aid yüzlərlə fakt sadalaya bilərik. Həmin siyasətçilərin adı bizə yaxşı məlumdur. Təəssüf ki, onlar haqq-ədaləti müdafiə etməkdənsə, işğalçı ilə əməkdaşlıq edir, ləyaqətlərini və mənsub olduqları beynəlxalq təşkilatların prinsiplərini şəxsi mənafelərinə qurban verirlər".
N.Məmmədova əlavə edib ki, məhz bu cür mənfi amillər nəticəsində beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini lazımi səviyyədə müdafiə etmir, işğalçıya həddini bildirib onu beynəlxalq hüquqa riayət etməyə məcbur etmirlər. Bu səbəblərdən də suveren bir dövlətin ərazisi 27 ildir ki, işğal altındadır və Ermənistan qoşunları Azərbaycan ərazisinin beşdəbir hissəsindən hələ də çəkilməyib.
Politoloq deyib ki, Ermənistanda saxta seçkilərin əksər hallarda guya standartlara uyğun olaraq keçirildiyi beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb:
"Halbuki ermənilər son növbədənkənar parlament seçkilərində keçmiş rejimin tör-töküntülərinə əvvəllər də olduğu kimi tam etimadsızlıq göstərdi və onlar cənab Prezidentin də qeyd etdiyi kimi, heç 5 faiz səs toplaya bilmədilər. Oğru, cinayətkar rejim Ermənistan siyasi səhnəsində xeyli zəifləyərək öz hegemon mövqeyini birdəfəlik itirdi. Qarabağ kartından istifadə edərək hakimiyyəti zəbt edən rejim öz cinayətkar əməllərinin qurbanına çevrildi".
Onun fikrincə, bununla belə, Azərbaycan yenə də humanizm nümayiş etdirərək Ermənistana şans verir ki, işğala son qoymaq şərti ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələrə qoşulmaq imkanı əldə edə bilər: "Əgər Paşinyan əvvəlki rejimin səhvlərini təkrarlamayaraq işğalçılıqdan əl çəkərsə, Azərbaycanın verdiyi son şansı dəyərləndirə bilərsə, bəlkə o zaman Ermənistan ziyanın yarısından qayıdıb xeyir tapa bilər".(Trend)
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO