Nida Xəbər
Zamirə Hacıyevaya BÖYÜK ŞOK: 22 milyonluq əmlakı...
Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya aid 22 milyon funt-sterlinq dəyərindəki əmlakı müsadirə edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Bracknellnews” saytı informasiya yayıb.
Məlumata görə, hökumət Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Əgər Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamamaqda israr edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı "Mill Ride Golf Club"un müsadirə edilməsi barədə hökm çıxara bilər.
Qeyd edək ki, Böyük Britaniya ötən ildən etibarən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) tətbiq edir. Bu tətbiq hökumətə imkan verir ki, adı rüşvət və ya korrupsiya, həmçinin, mütəşəkkil cinayətlərə qarışan şəxslərin var-dövlətinin mənbəyinə baxsın.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən ilin sonlarında Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Zümrüd
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)




















.jpg)
.jpg)

