Nida Xəbər
“Foreign Policy” bu məqalə ilə qərəzli niyyətini ortaya qoyub - Baş redaktor
“Dünya mətbuatında zaman-zaman Azərbaycanla bağlı təhrif olunmuş, qərəzli və yanlış mövqenin şahidi oluruq. Bu gün həbsdə olan Mehman Hüseynovla bağlı ABŞ-da çıxan “Foreign Policy” jurnalında yazılanlar həmin qərəzli yanaşmanın bir nümunəsidir”.
Bu sözləri Publika.az-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, dünyada bəzi qüvvələr Mehman Hüseynovla bağlı məsələnin sakitləşməsini və həll olunmasını istəmirlər.
“Ölkədə Mehman Hüseynovla bağlı bütün məsələlər aydınlaşıb, o, aclıq aksiyasını dayandırıb, vəziyyəti normaldır. Hətta avropalı bir qrup diplomat da onunla görüşüb, vəziyyəti yerindəcə müşahidə ediblər. Həmin görüşdən sonra Mehman Hüseynovla bağlı deyilənlər müəyyən dairələrin siyasi maraqlarına xidmət edir. Bütün bunlardan sonra dünya mediasındakı bir sıra nəşrlər, eləcə də “Foreign Policy” Mehman Hüseynov məsələsini yenidən gündəmə gətirməklə əsl qərəzli niyyətlərini ortaya qoymuş olurlar".
Baş redaktor bildirib ki, bu yazıları yazanlar Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsindən ruhlanırlar:
“Lakin unutmamalıyıq ki, bu qətnaməyə Avropa Parlamentinin özündə də kifayət qədər etiraz edən, onun qərəzli olduğunu düşünənlər var. Ancaq görünür müəyyən dairələr Azərbaycana qarşı yeni bir hücum dalğasının əmələ gələcəyinə ümid edərək bu yazını hazırlayıblar. Son aylarda yazılan belə yazılar kimi bunun da uğursuzluğa düçar olacağı bəllidir. Bu cür yazılar dünyada Azərbaycanla bağlı fikirləri dəyişə bilməyib. Bu gün Qarabağla bağlı Azərbaycan diplomatiyası çox əlverişli mövqedədir. Müəyyən dairələr bu şəraitin ölkəmizin xeyrinə həll edilməsini istəmir, ona görə də bu car müzakirələri aktivləşdirirlər. Bununla da diqqəti Qarabağ probleminin həlli üçün yaranmış əlverişli şəraitdən yayındırmağa çalışırlar”.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)

















.jpg)
.jpg)

