Nida Xəbər
Deputat: Prezidentin Davos Forumunda iştirakı yeni investisiyaların cəlb edilməsinə xidmət edir
Azərbaycan artıq Dünya İqtisadi Forumunun ən etibarlı iştirakçılarından birinə çevrilib və Prezident İlham Əliyevin ənənəvi olaraq forumda iştirakı ölkəmiz üçün önəmli hadisədir.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.
Millət vəkili bildirib ki, dövlət başçısının Davos Forumunda iştirakı ölkəmizin beynəlxaq aləmdə nüfuzunun artması ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına, iqtisadiyyatımızın inkişafına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir.
G.Baxşəliyeva qeyd edib ki, Prezident İlham Əliyev hər il forum çərçivəsində həm müxtəlif ölkələrin, həm də iri şirkətlərin rəhbərləri ilə vacib görüşlər keçirir:
“Bu baxımdan builki forum da istisna olmadı. Cənab Prezidentin Davos görüşləri hər il uğurla keçir, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Budəfəki forum çərçivəsində dövlətimizin başçısı Gürcüstanın baş naziri, Dünya Bankının baş icraçı direktoru, “SAP SE” şirkətinin baş icraçı direktoru, “CISCO” şirkətinin icraçı vitse-prezidenti, BP qrupunun baş icraçı direktoru, “Total” şirkətinin baş icraçı direktoru, “Visa” şirkətinin prezidenti və digər aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirdi. Əlbəttə, iri şirkət rəhbərləri ilə görüşlər ölkəmiz üçün yeni imkanlar açır, eyni zamanda, həm onların Azərbaycana investisiya qoyması, həm də Azərbaycanın əhəmiyyətli layihələrə qoşulması və digər mühüm məsələlər barədə müzakirələr aparmağa imkan verir”.
Deputat əlavə edib ki, hər il forumu işıqlandıran nüfuzlu beynəlxalq informasiya vasitələrinin də Azərbaycana marağı artır, onlar ölkəmiz haqqında daha geniş məlumat almağa çalışırlar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-dən İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, “Visa” şirkətinin prezidenti Rayan Maklnerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne və və digər nüfuzlu şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirib.
Azərbaycan Prezidenti Rusiyanın “Rossiya 1” və Çinin “CGTN” televiziya kanallarına müsahibə də verib.
Yanvarın 22-də isə dövlət başçısı Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak edib.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






