Nida Xəbər
Deputat: Prezidentin siyasətində vətəndaşların rifahının daha da yaxşılaşdırılması prioritet istiqamətdir

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 130 manatdan 180 manata artırılması barədə sərəncamı ilə həyata keçirdiyi siyasətdə vətəndaşların rifahının yüksəldilməsinin prioritet istiqamət olduğunu bir daha göstərdi.
Bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, dövlətimizin başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır: “Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görür. Elə təkcə son günlərdə Azərbaycan Prezidenti əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmış bir neçə sərəncam imzalayıb. Pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlar bunun bariz nümunəsidir”.
Deputat vurğulayıb ki, Prezidentin sərəncamı ilə minimum aylıq əməkhaqqının yaşayış minimumuna çatdırılması Azərbaycan tarixində bir ilkdir:
“Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda həmişə yaşayış minimumu ilə minimum əməkhaqqı arasında fərqlər olub, lakin cənab Prezident ölkəmizdə bu fərqi aradan qaldırdı. Bu fərqin aradan qaldırılması xeyli sayda insanın sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Belə ki, ümumilikdə dövlət və özəl sektor üzrə maaş artımı 600 mindən çox işçini əhatə edəcək. Həmin şəxslər yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda deyil, eləcə də özəl sektorda çalışanlardır".
Akademik qeyd edib ki, bu gün ölkə Prezidenti tərəfindən atılan bu addım gələcək perspektivə hədəflənib: “Minimum əməkhaqqının artırılması işçilərin yalnız bu gün üçün maaş formasında gəlirlərinin çoxalması deyil, onların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Axı artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır və belə olan halda işçinin fərdi hesabındakı pensiya daha çox artır”.
G.Baxşəliyevə əlavə edib ki, istər bu, istərsə də digər sərəncam və qərarların hamısı bir məqsəd daşıyır – Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi.
Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək
-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər