Nida Xəbər
Ermənilər cəsədləri və yaralıları quyuya atıb üzərini torpaqladılar və... - FACİƏ ŞAHİDİ
Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Əsirlikdə saxlanılanlara qarşı törədilən vandalizm, günahsız insanların başlarının kəsilməsi, diri-diri torpağa basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayətdir.
Qaradağlı faciəsinin şahidi Şamxal Şirinov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 27 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: “Fevralın 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri-bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, “Kamaz” markalı avtomaşına doldurub Xankəndi istiqamətində apardılar. Qocaları cavanlardan ayıraraq başqa maşınlara mindirdilər. Yaşlıları və on qadını isə birbaşa Xankəndi istiqamətinə apardılar. Cavanları başqa avtomaşınla aparırdılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb onların bir çoxunu güllələdilər. Ermənilərdən biri maşına minərək məni götürüb meyitlərin üstünə atdı. Bu zaman aralıda dayanan başqa bir erməni əsgəri mənə yaxınlaşıb təpiklə başıma vurdu. Sonra məni yenidən ayağa qaldıraraq maşının içərisinə saldı. Öldürülənləri və yaralıları silos quyusuna atıb ekskovatorla üstlərini torpaqladılar. Sağ qalanları isə maşına doldurdular. Cəmiyyət kəndi yaxınlığında Zahid Xəlilovun meyitini yolun ortasında gördüm. Məndən 3-4 metr aralıda sinif yoldaşım Nəbi Quliyevin başını kəsdilər. Digər həmkəndlimiz Mobili güllələyib öldürdülər. Sonra bizi Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz burada başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Martın 31-də əsirlikdən azad edildik”.
Əsirlikdən qayıdandan sonra ordu sıralarına yazılaraq erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edən Şamxal Şirinov torpaqlarımızı mənfur düşməndən azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olduğunu bildirib.
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?