Nida Xəbər
İlham Əliyevin oğlu ilə Əli Kərimlinin oğlunun müqayisəli FOTOSUNA XİDMƏTDƏN ŞOK REAKSİYA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ictimai fəal, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya rəsmi cavab məktubu göndərib.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a N.Orduxanlı özü məlumat verib. Sədr müavini bildirib ki, onun Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətdə olduğunu, radikal müxalifətçi Əli Kərimlinin oğlu Türkel Kərimlinin isə Londonda istirahətini əks etdirən fotolarını müqayisəli təqdimatı böyük rezonans doğurub:
“Bu gün isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ictimaiyyətdə böyük rezonans doğuran və yüzminlərlə baxış sayı toplayan statusuma rəsmi cavab verib. Cavabda bildirilir ki, Əli Kərimlinin oğlu, 29 yaşlı Türkel Kərimli Nəsimi rayon hərbi komissarlığında qeydiyyatdadır və onun həqiqi hərbi xidmətə cəlb edilməsi üçün fəaliyyət davam etdirilir. Başqa sözlə desək, Dövlət Xidməti faktiki olaraq T.Kərimlinin hərbi xidmətdən yayındığını və çağırışlardan qaçdığını təsdiqləyib”.
N.Orduxanlı qeyd edib ki, əslində bu fakt vaxtaşırı olaraq gənclərə müraciət edən Əli Kərimlinin həyat tərzini və mahiyyətini ortaya qoyur:
“Əli Kərimliyə səslənirəm: əvvəlcə, oğlunun Vətən qarşısında borcunu yerinə yetirməsi üçün ölkəyə gəlməsini və əsgəri xidmət keçməsini təmin et, ondan sonra Vətən haqda danış! O, gəncləri aldatmaq, onların vətənpərvərlik duyğusundan sui-istifadə etməklə məşğuldur, övladını isə xaricə qaçırdıb. Bilirik ki, Türkel Kərimli heç bir xarici ölkədən siyasi sığınacaq almayıb və hazırda İngiltərədən ABŞ-a “iş fəaliyyəti üçün” getdiyi bildirilir. Azərbaycan vətəndaşıdırsa, niyə Vətən qarşısında borcunu yerinə yetirmir? Əli Kərimli bu faktdan sonra hansı haqla danışa, gənclərə müraciət edə bilər?”
Qeyd edək ki, bir müddət əvvəl N.Orduxanlı Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin əsgərlik, Əli Kərimlinin oğlu Türkel Kərimlinin isə Londondakı istirahətdən fotosunu müqayisəli təqdim etmişdi. Bu paylaşım yüzminlərlə baxış toplamış və böyük müzakirələr doğurmuşdu.
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır

























.jpg)
.jpg)





