Nida Xəbər
Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ... - İrəvanda Qarabağ TOQQUŞMASI
Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma
dərinləşir.
Publika.az xəbər verir ki, indiyə qədər “Qarabağ klanı” baş nazir
Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi
prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.
Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan feysbuk
səhifəsində erməni ordusunun təcrübəsizliyi haqqında danışıb.
“2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl
yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış
deyillər, onlarda hələ ki rəqibin atəşlərinə cavab təcrübəsi
yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim
ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda, anlayırsınızmı
ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq”, - deyə o qeyd
edib.
Poqosyandan sonra Azərbaycanın işğal edilmiş ərazilərində
Ermənistan tərəfindən yaradılmış separatçı rejimin “rəhbəri”nin
“mətbuat katibi” David Babayan iddia edib ki, “təmas xəttində
sakitlik hökm sürsə də, Azərbaycan müharibə planından əl çəkməyib,
cəbhədə mühəndislik işlərinin həyata keçirilməsi də bunu
təsdiqləyir”.
Bu iki bəyanat və Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə
olunan yumşalma fonunda Ermənistan daxilində siyasi baş verən
siyasi intriqalar diqqət çəkir.
Erməni şərhçi Aram Amatuni yazır ki, Poqosyanın və Babayanın
sözləri mesaj xarakteri daşıyır. Bu, mesaj kimə ünvanlanıb.
Erməni şərhçilər hesab edirlər ki, hədəfdə münaqişənin həlli üçün
danışıqlara hazır olan baş nazir Nikol Paşinyandır.
“Xüsusilə həmsədrlərin regiona səfəri və Paşinyanla görüşündən
sonra bu fikirlərin gündəmə gəlməsi təsadüfi deyil. Qarabağ
məsələsi daxili siyasətdə həmişə olduğu kimi yenə də əsas faktor
olaraq qalır”, - deyə o qeyd edib.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib











.jpg)
























.jpg)

.jpg)