Nida Xəbər
Bu mənzillərin satışı qadağan edilsin - Millət vəkilindən TƏKLİF
"Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olunub. Amma
çox istərdik ki, boynu əyilmiş vəziyyətdə həbsxanaya aparılması
görüntüləri yayılsın. Vətənə etdiyi xəyanətə görə layiqli cavabını
alacaq".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə
çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili əlavə edib ki, Ombudsmanın illik hesabatında 63
təklif irəli sürülüb: “Ancaq hesabatda bu təkliflərin neçəsinin
hökumət tərəfindən qəbul edildiyi, neçəsinin qəbul edilmədiyi haqda
heç nə yoxdur. Hesab edirəm ki, növbəti hesabatlarda bu məqamlar
qeyd edilməlidir. Çünki bu təkliflərin böyük hissəsi çox
əhəmiyyətlidir. Deputatlar bilməlidir ki, hansı təkliflər qəbul
edilməyib. Çünki hökumətin hesabatı vaxtı bu məsələni də qaldıra
bilərik”.
Q. Həsənquliyev ombudsmanın məhkəmələr haqqında qaldırdığı məsələyə
əlavə olaraq deyib ki, məhkəmədə mülki işlərin uzanması narahatlıq
yaradır: “Mən bu məsələni bir dəfə də qaldırmışam. Bəzilərinin
əmlak, mənzil məsələləri olur. İnsanlar bundan ciddi əziyyət
çəkirlər. Əgər birinci instansiya məhkəməsi səhv edibsə, bu səhvi
apelyasiya instansiyası aradan qaldırmalıdır. Bəzən kasassiya
şikayəti yenidən birinci instansiya məhkəməsinə qaytarılır və
araşdırılması istənilir. Ancaq hesab edirəm ki, Ali Məhkəmə
səviyyəsində bu məsələ öz həllini tapmalıdır”.
Q. Həsənquliyev daha sonra qeyd edib ki, tikinti şirkətlərinin bir
mənzili bir neçə nəfərə satması praktikası var: “Hesab edirəm ki,
bu da ciddi problemdir. Düşünürəm ki, tikinti şirkətlərinə notariat
qaydada rəsmiləşdirilmədən mənzil satışı qadağan edilməlidir”.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)

















.jpg)
.jpg)

