Nida Xəbər
Nazirdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı AÇIQLAMA: "Narahatıq..."
“C.Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün biz binanın taleyini ailə yaxınları ilə müzakirə edirik”.
Publika.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, C. Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil: "Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib. Bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyi üçün bina daha yararsız hala düşüb. Lakin binanın dövlət hesabına təmiri üçün o yalnız dövlət balansında olmalıdır. 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Ə.Əzimzadənin də ev muzeyinin hazırlanması bu şəkildə aparılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyatı orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir. Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

