Nida Xəbər
Fəzail Ağamalı: “Bununla bağlı qanunun hazırlanmasına ehtiyac var”
"Ötən ilin ən mühüm və uğurlu hadisəsi Prezident İlham
Əliyevin yenidən xalqın etimadını qazanaraq dövlət başçısı
seçilməsi oldu. 2018-ci il Azərbaycanın idarəçilik sistemində
uğurlu il olub".
Publika.az xəbər verir ki, bu fikirləri deputat Fəzail
Ağamalı Milli Məclisin plenar iclasında hökumətin hesabatı müzakirə
olunarkən deyib.
Deputat bildirib ki, büdcənin formalaşmasında həlledici rol oynayan
dərin islahatların 2018-ci ildə davam etdirilməsi nəticəsində
şəffaflıq təmin olunub: “Bu, sahibkarlar arasında da inam mühiti
yaratdı. Kənd təsərrüfatına innovativ yanaşma aqrar sektorla məşğul
olanlarda fəallığa səbəb oldu. Maliyyə sabitliyi təmin olundu”.
Meşə təsərrüfatının qorunması ilə bağlı atılan addımların
təqdirəlayiq olduğunu deyən F.Ağamalı bu addımların davam edəcəyinə
inandığını dilə gətirib: “Təhsil, səhiyyə, məcburi köçkünlərə
diqqətin artırılması sosial sahədə görülən işlərə daxildir.
Azərbaycanın dəmiryolu infrastrukturu ilə görülən işlər ölkəmizə
iqtisadi dividentlər gətirməkdədir. Bank sisteminin
sağlamlaşdırılması istiqamətində atılan addımlar da mühümdür”.
F.Ağamalı qeyd edib ki, Azərbaycanda torpaq fondunun 47 faizi
şoranlaşmış vəziyyətdədir: “Bununla bağlı qanunun hazırlanmasına
ehtiyac var”.
-
Sosial18:12Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı - FOTO
-
Dünya17:49Zelenski Azərbaycana təşəkkür etdi
-
Rəsmi xronika16:08Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?
-
MDB15:03Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
-
Nida Xəbər 14:26Generala yüksək vəzifə verildi
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu







.jpg)






















.jpg)






