Nida Xəbər
Rəşad İlyasovla Rüfət Axundova 6 ay cəza istənildi - Xüsusi ittiham
"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.
Bildirilib ki, Rəşad İlyasovla Rüfət Axundov bu günükü məhkəmə prosesinə də gəlməyib.
Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O qeyd edib ki, “Space TV"-də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib. Onun sözlərinə görə, hər iki şəxs cinayət məsluliyyətinə cəlb edilib və onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xüsusi ittihamçı Rahim Sadıqlı da vəkili ilə razı olduğunu deyib.
Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.
Növbəti proses mayın 2-də davam edəcək.
Qeyd edək ki, aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rəşad Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.
Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.
MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.
Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.
Daha sonra vətəndaş Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.
İlkin
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki

























.jpg)
.jpg)





