Nida Xəbər
Əli Əhmədov: "Siyasətimizin əsas məqsədi Azərbaycan vətəndaşının maraqlarıdır"
Bu gün Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb. Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.
Forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.
“Beynəxalq təşkilatların hesabatlarında Azərbaycan dünyanın ən silahatçı ölkələrdən biri kimi qeyd edilir. Bu islahatlar arasında əsas yeri sosial təminat sahəsindəki islahatlar durur”.
Baş nazirin müavini Azərbaycanda sosial təminatla bağlı islahatları vacib edən məqamlara da toxunub: “Bu islahatları vacib edən məqamlardan birincisi ərazilərimizin 20 faizə qədərinin işğal edilməsi, 1 milyondan çox insanın məcburi köçkün həyatı yaşamasıdır. Azərbaycan əhalisinin 10 faiz-ni təşkil edən bu təbəqənin bütün təlabatlarının ödənilməsi Azərbaycan hökümətinin üzərinə düşən məsələdir. Hesab edirəm ki, bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Təbii ki, görülən bu işlər əlavə xərclər tələb edir, bu istiqamətdə də Azərbaycanda bütün imkanlarından istifadə edir. Bu islahatları vacib edən ikinci vacib məqam müharibə nəticəsində çoxsaylı vətəndaşlarımızın əlil olması ilə bağlıdır. Onların mənzil, yaşayış şəraitinin yaxşılaşdırılması, müavinətlərin verilməsi də sosial təminat sahəsində qarşımızda duran vacib məqamlardandır. Bundan başqa ölkə əhalinin sayı artır. Azərbaycanda çoxuşaqlı ailələrin sayı kifayət qədərdir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar hökümət sosial təminat siyasətinin əsas parametrlərini təşkil edir”.
Ə.Əhmədov onu da vurğulayıb ki, artıq sosial təminat sahəsində müasir çağırışlara cavab verən yeni iş metodları istiqamətində axtarışlar da ön plana keçir: “Bu gün ölkəmizin sosial təəminat sistemi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox ciddi islahatlar həyata keçirir. Azərbaycan beynəlxalq aləmdə sosial təminat sahəsində dünyada tətbiq edilən bütün yeniliklərdən istifadə edir. Bununla yanaşı Azərbaycanda tətbiq edilən innovativ metodlar dünya ölkələrinin diqqətini çəkir. Siyasətimizin əsas məqsədi Azərbaycan vətəndaşının maraqlarının ən yüksək səviyyədə gerçəkləşməsidir. Bunun üçün də ən innovativ yeniliklər tətbiq ediləcək”.
BSTA-nın Prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
O, hazırkı Forumun da bu məqsədə xidmət etdiyini və Avropa məkanının sosial təminat sistemlərindəki aktual məsələlərə innovativ yanaşmaların təqdim edilməsi və bölüşülməsi üçün əlverişli imkan yaratdığını deyib.
Y.Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib.
BSTA Prezidenti ölkəmizin bu Foruma layiqli şəkildə ev sahibliyi etməsindən razılıq ifadə edib, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev artıq 15 ildir ki, BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu Təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi etdiyini deyib.
O bu dəfə BSTA-nın Avropa Regional Sosial Təminat Forumu kimi yüksək səviyyəli mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin fəxr hissi doğurduğunu bildirib.
Nazir Avropa məkanında sosial təminatın inkişafına, gələcək sosial təhlükəsizliyin formalaşmasına nail olunması üçün birgə müzakirələrin və təcrübə mübadilələrinin aparılması baxımından Forumun əhəmiyyətini qeyd edib.
Gülxar
FOTO Pərviz Həşimi
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...