Nida Xəbər
Deputat: “Hərbi xərclər büdcənin ana xəttini təşkil edir”
Hesabat onu göstərir ki, 2018-ci il dövlət büdcəsi lazımı səviyyədə icra edilib.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Deputat əlavə edib ki, 2018 və 2019-cu il dövlət büdcəsində hərbi xərclərin öndə olması başadüşüləndir: “Hesab edirəm ki, gələcək illərdə də bu belə olacaq. Bildiyiniz kimi həmsədrlərin regiona səfəri zamanı Azərbaycan Ordusunun zabiti şəhid oldu. Bu, ciddi suallar doğurur. Ehtimal var ki, qarşıdakı illərdə münaqişənin gərginliyi artacaq. Ermənistanda indiki hakimiyyətə qarşı olan qüvvələr bəyan edirlər ki, Paşinyan güzəştlərə hazırlaşır. Rusiya və erməni mətbuatı yazır ki, Rusiyadakı erməni oliqarxları ilə Qarabağdakı separatçılar arasında razılaşma əldə edilib və Paşinyan hakimiyyətini yıxmaq üçün addım atılacaq. Bu fonda Paşinyanın güzəştlə getməsi ağlabatan deyil. Bu mənada hesab edirəm ki, dövlət büdcəmizin tərtibi zamanı hərbi xərclər ana xətti təşkil etməlidir”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Xarici İşlər Nazirliyi artıq mövqeyini ifadə edib: “Bütün beynəlxalq qurumlarda bizim nümayəndəliklərə göstəriş veriləcək ki, son hadisəni hər yerdə qaldırsınlar”.
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər

































