Nida Xəbər
Baş nazir Tarix İnstitutunun direktoruna zəng etdi
Baş nazir Novruz Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova telefonla zəng edərək institutun fəaliyyəti ilə maraqlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Baş nazir telefon danışığı zamanı Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib.
Y.Mahmudov bu telefon danışığı barədə tarixçi alimlərə Elmi Şuranın iclasında ətraflı məlumat verib: “Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Bununla əlaqədar olaraq Baş Nazir Novruz Məmmədov tarixçiləri təbrik edərək, onlara uğurlar arzulayıb”.
Akademik deyib ki, Azərbaycan tarix elmində azərbaycançılıq məfkurəsinə əsasən konseptual dəyişikliklər gedir. Baş Nazir institutda Qarabağın, Naxçıvanın və İrəvan xanlığının, Azərbaycan xalqına qarşı soyqırımlarının və itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasını yüksək dəyərləndirib və tarixçilərə dəstək olacağını bildirib.
Direktor qeyd edib ki, Tarix İnstitutunun fəaliyyəti ölkə rəhbərinin daim diqqət mərkəzindədir: “Prezident İlham Əliyev institutu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Novruz Məmmədov institutda aparılan araşdırmaları, o cümlədən 26 Bakı komissarının fəaliyyətinə yeni baxışı Azərbaycan dövlətinin mənafeyinə tamamilə uyğun olduğunu bildirib”.
İclasın sonunda Elmi Şuranın üzvləri yekdilliklə Baş Nazirin xüsusi diqqətinin onları yeni araşdırmalara ruhlandıracağını bildiriblər.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

