Nida Xəbər
FADA Azərbaycanın hüquqlarını tanıyan məhkəmə qərarını alqışladı
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel mayın 29-da bu ölkənin Serji (Cergy) İnzibati məhkəməsi tərəfindən Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış Dostluq xartiyasınının ləğv edilməsi qərarını alqışlayıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, o, bu saxta "sənəd"in qəsdən imzalandığını qeyd edib:
"Bu xartiya Ermənistan tərəfindən Azərbaycan torpaqlarında yaradılan və idarə olunan qondarma "rejim" ilə beynəlxalq hüququ, habelə BMT-nin bu torpaqların Azərbaycana məxsus olduğunu bildirən və ona qaytarılmasını tələb edən 4 qətnaməsini pozaraq qəsdən imzalanıb. Fransa hökuməti bir neçə dəfə xatırladıb ki, yerli idarəetmə orqanları tanınmamış qondarma quruluşlarla razılaşmalar imzalaya bilməz. Məhkəmənin verdiyi qərar bunu təsdiqləyir. Biz məhkəmənin Azərbaycanın hüquqlarını müdafiə edən və Ermənistanın işğalçı əməllərini ifşa edən bu qərarını alqışlayırıq", - o bildirib.
Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib.
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir





















.jpg)














