Nida Xəbər
“Digər vasitələrlə mirasın artırılması və gələcəyə baxış”
Üç gündür davam edən Abidə Menecerləri Forumunda müxtəlif beynəlxalq təşkilatlardan mütəxəssislərinin iştirakı ilə irsin qorunması məsələləri müzakirə olunur.
İyunun 29-da keçirilən müzakirələr aktual mövzulara həsr olunmuşdu. “Digər vasitələrlə mirasın artırılması və gələcəyə baxış” mövzulu daha bir müzakirədə Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) əməkdaşı Eugene Jo-nun məruzəsi dinlənildi. Mütəxəssis bu sahədə hazırlanan layihələr, bu metodologiyanın tətbiqi, milli və regional səviyyədə maarifləndirmə və potensialın artırılması, təlim üçün regional qiymətləndirmə sisteminin tətbiqinin vacibliyini vurğuladı. Məqsədləri müəyyənləşdirmək üçün vasitələr, təhlükənin qiymətləndirilməsi, bioloji müxtəlifliyin irsin qorunmasına təsiri məsələləri diqqət mərkəzinə çəkildi.
Məruzədən sonra suallar cavablandırıldı. İştirakçılar dünyanın müxtəlif şəhərlərində rast gəlinən problemlər və onlara fərqli yanaşmalar nümayiş etdirdilər.
Daha bir məruzə Abidələrin və Görməli Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) təmsilçisi Gwenaëlle Bourdi tərəfindən təqdim edildi. Onun məruzəsi “Təcrübə tədqiqatlarının birləşdirilməsi” adlanırdı. Mütəxəssis “Birləşdirən təcrübə” layihəsindən söz açdı və bunun beynəlxalq təşəbbüs olduğunu diqqətə çatdırdı.
Məruzədə irsin birgə qorunması üçün yeni üsulların müəyyənləşdirilməsi istiqamətində təbii və mədəni irs arasında sistemli koordinasiyaya ehtiyac olduğu vurğulandı.
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var































.png)


.jpg)



