Nida Xəbər
Gürcüstan-Azərbaycan sərhədindəki insident təxribatdır - Səfir
“İyulun 14-də azərbaycanlı sərhədçilər və yerli əhali arasında baş verən insidenti pisləyirik”.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, hər iki tərəfin müvafiq orqanlarının fəal müdaxiləsi nəticəsində insidentin çox tez, cəmi bir neçə dəqiqə ərzində qarşısı alınıb: “Vurğulamaq istərdim ki, artıq araşdırma aparılır. Xarici işlər nazirliklərinin bəyanatlarına əsasən, əhaliyə, məsələ ilə maraqlanan insanlara çağırış edirəm ki, təxribatdan yayınsınlar, imkan verməyək ki, bu məsələ qabardılsın. Bizim xeyrimizi istəməyənlərə məsələni şişirtməyə imkan verməyək. Təxribatdan uzaq olaq, çünki bunun açıq-aşkar təxribat olduğu göz qabağındadır”.
Z.Pataradze bildirib ki, komissiyanın normal rejimdə çalışaraq ortaya obyektiv material qoymasına imkan verilməlidir: “Əminəm ki, qəbul edilən qərar ölkələrimizin rifahına, dostluğa, uğura və gələcək planlara yönəlmiş bir qərar olacaq. Biz təxribatlara uymamalı, təxribatlardan yayınmalıyıq” (Report).
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)




















.jpg)
.jpg)

