Nida Xəbər
"Təhsil avtobusu" Nəsiminin irsini şagirdlərə aşılayacaq" - FOTO
“Təhsil avtobusu deyəndə insanlara qəribə gəlir. Lakin təhsillə bağlı hər hansı layihənin keçirilməsi böyük əhəmiyyətə malikdir”.
Publika.az xəbər verir ki, bunu Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu-Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransında Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini bildirib ki, hər bir ölkənin inkişafını təmin edən onun insan kapitalıdır: “Həmin insan kapitalı nə qədər təhsilli olsa, inkişaf bir o qədər keyfiyyətli olar. Təsadüfi deyil ki, ölkəmizdə təhsilə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı yetirilir. Dövlətin əsas vəzifəsi ondan ibarətdir ki, vətəndaşlara təhsil almaq üçün şəraitin yaradılsın. Son 15 ildə 2300-dən çox məktəb tikilib istifadəyə verilib. Bu, 1 milyondan çox şagirdin təhsil şəraitinin yaxşılaşdırılması deməkdir. Burada Təhsil Nazirliyinə Heydər Əliyev Fondu kömək edib. 400-dən çox məktəbin tikintisini həyata keçirib. Eyni zamanda, maddi texniki baza ilə yanaşı, təhsilin keyfiyyəti də bizim əhəmiyyətli olub. 2013-cü ildə qəbul edilən konsepsiya sayəsində bu da təmin olunub”.
Nazir müavini bildirib ki, formal təhsili təhsil müəssisələri həyata keçirir: “Qeyri-formal təhsil forması isə gənclərin bilik və bacarıqlarının formalaşmasında, mədəni dəyərlərin aşılanmasında rol oynayır. Əsrlərlə formalaşan biliklər və mədəni dəyərlər gələcək nəsilə ötürülməlidir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən proqramlar da buna xidmət edir. Təhsil avtobusu bu istiqamətin gücləndirilməsinə töhfə verir. Marafonun şüarı olan “Azərbaycan üçün öyrət” eyni zamanda, “Azərbaycan üçün öyrən” deməkdir. Qeyri-formal təhsilin əsas məqsədi ondan ibarətdir ki, biz gənclərimizə öyrənməyi öyrətməlidir. Elmdə, texnologiyada baş verən yenilikləri təkcə auditoriyada vermək mümkün olmur. Burada xarici dilin də əhəmiyyətindən danışmaq lazımdır. Çünki əksər informasiyalar xarici dildə tapılır. “Təhsil avtobusu” da buna xidmət edir. Bu gün gənclərimizi hərtərəfli inkişaf etmiş şəxs kimi görmək istəyirik. Onlar həyatın mənasını dərk etməlidirlər. Bizim vəzifəmiz ondan ibarətdir ki, milli dəyərlərimizi gənclərə dolğun şəkildə ötürək”.
F.Qurbanov Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsini xatırladaraq bildirib ki, “Təhsil avtobusu” layihəsi çərçivəsində Nəsiminin irsi şagirdlərə aşılanacaq: “Təhsil avtobusu” layihəsi vasitəsilə Nəsiminin irsini təbliğ etmək imkanı yarandı. Nəsimi deyir ki, güclü və zəif insan yoxdur. Var kamil insan, var nadan. Bizim də vəzifəmiz ondan ibarətdir ki, biz kamil insan formalaşdıraq. Cahillərə aramızda yer verməyək. Ancaq kamil insanlar ölkənin inkişafına töhfə verə bilər. Cahil insan isə onun inkişafına mane olar. “Təhsil avtobusu”muzun çıxacağı bölgələr cəbhəyə gedəcək. Bu, çox vacib nüansdır. Bu bölgələrdə şagirdlərimizin imkanı olacaq ki, elmdə və digər sahələrdəki yeniliklərlə tanış olsun. Çox zaman şagirdlərimiz peşə seçimində çətinlik çəkirlər. Bəzən onlara ətrafdakılar istiqamət göstərir. Lakin bu peşələr onların daxili potensialına uyğun gəlmir. Qeyd edim ki, dünyada istedadsız insan yoxdur. Sadəcə onun potensialını vaxtında aşkar edib düzgün istiqamətləndirmək lazımdır. Çünki gənclərin gələcəyi bundan asılıdır. Araşdırmalar göstərir ki, gələcəkdə insan orta hesabla, 5-6 dəfə peşəsini dəyişmək məcburiyyətində olacaq. Bunu isə müəyyən etmək mümkün olmayacaq. Biz bu dəyişikliyə hazır olmalıyıq. Güclü təhsil bizə vaxtında yaxşı və bir neçə peşəyə yiyələnməyə imkan verəcək. Təhsil avtobusu bu məsələlərə diqqət etsə, çox yaxşı olar”.
Qeyd edək ki, 23 iyuldan başlayacaq builki marafon çərşivəsində ölkənin cəbhə bölgəsində yerləşən məktəblərinin şagirdləri peşə, natiqlik, incəsənət, fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.
Məlumat üçün bildirək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 6000 km yol qət edib.Bakı və 12 bölgənin 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsil müəssisəsinin 550-dən çoox şagird və tələbəsini cəlb edib. Təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.
Zümrüd,
Foto: Pərviz Həşimi
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI