Nida Xəbər
Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşdü
Sentyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ciddə şəhərində yerləşən Əs-Səlam Kral sarayında İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.
QMİ-dən Publika.az-a bildiriblər ki, Şeyxülislam Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səuda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını, dost Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib.
Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səudun Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyini Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan müsəlmanları bu gün mənəvi intibah dövrünə qədəm qoyub. Məscidlərimizin sayı 2000-i keçir, İslam dininin tədris olunduğu ali təhsil ocaqlarımız çoxalır. Ölkəmizdə başqa dinə etiqad edənlər də öz ibadətlərində azaddırlar. Bu ilin noyabr ayında Bakıda dinlərarası sammit keçiriləcək və bu, Azərbaycana olan beynəlxalq etimaddan xəbər verir. QMİ sədri Həcc zəvvarlarının yüksək səviyyədə qarşılanması üçün Krala minnətdarlığını ifadə edib. A.Paşazadə Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin bütün İslam aləmi üçün bir nümunə olmasını diləyib.
Görüşdə tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfdən isə QMİ sədrinin müavini müfti Salman Musayev və Milli Məclisin deputatı Cavanşir Paşazadə iştirak ediblər.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)














