Nida Xəbər
Bakıda mətbuat azadlığına dair mühüm tədbir keçirildi - VİDEO/FOTO
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir.
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə iki gün davam edəcək mötəbər tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edir.

Jurnalistlərə açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışıb və beynəlxlaq toplantının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib.
Onun sözlərinə görə, Assosiasiya 1992-ci ildə yaradılıb, ABŞ-ın müəyyən ştatlarında, Türkiyənin, Hindistanın, Banqladeşin, Zimbabvenin, Kenya və Makedoniyanın jurnalistləri belə bir qurum yaradıblar. O vaxdan indiyə kimi həmin ölkələrdə təbirlər keçirilir, mətbuat azadlığının durumuna dair hesabatlar dinlənilir, jurnalistlərin qarşılaşdığı problemlər, onların informasiya əldə etməsi ilə bağlı təkliflər səslənir. Toplantılarda dünyada medianın inkişaf meylləri müzakirə olunur və tendensiyalar öyrənilir.
Mətbuat Şurasının sədri qeyd edib ki, toplantının ilk günü tədbirdə iştirak edən ölkələrin söz azadlığına dair hesabatları dinləniləcək, sabah isə ekstremal vəziyyətdə jurnalist fəaliyyətinə dair geniş müzakirələr dinləniləcək. Hindistandan, İraqdan və digər ölkələrdən olan məruzəçilər çıxış edəcəklər.

Ə. Amaşov qeyd edib ki, iki gündür Azərbaycanda olan qonaqların çalışdığı mətbuat orqanlarında Azərbaycanla bağlı kifayət qədər məlumatlar yer alıb: "Onların Azərbaycanla bağlı təsəvvürləri genişlənib. Onlar ölkəmizdə əmin-amanlığın olduğunu bildirirlər. Əminəm ki, tədbirdə iştirak edən 40-a yaxın əcnəbi jurnalist öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı yazılar dərc edəcək”.
Tədbirdə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilarların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, mövcud problemlərə dair məruzələrlə çıxış edəcək, bu sahədəki tendensiyalarla bağlı fikir mübadiləsi, ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələr aparılacaq.
Toplantıda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri bildirib ki, Bakıda olan bir sıra ölkələrin Mətbuat Şuralarının nümayındələrinin Dağlıq Qarabağa səfərini təşkil edə bilərik.
Onun sözlərinə görə, Azərbaycan işğal edilən ərazilərinin bir qismini azad edib: “Hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi ərazisidir. Şübhə yoxdur ki, işğal altında olan digər ərazilərimiz də azad ediləcək. Yaxşı haldır ki, tədbir iştirakçılrı Dağlıq Qarabağın Azərbaycan ərazisi olması barədə məlumatlıdır”.
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı








.jpg)






.jpg)





















