Nida Xəbər
Qarabağ əlillərinin adından sui-istifadə edən şəxslər var - Emin Həsənli
“Azərbaycanda istər Qarabağ əlili, istər şəhid ailələri, istərsə də müharibə veteranları üçün lazımi şərait yaradılıb. Onlara bir çox imtiyazlar verilib. Təəssüf ki, bəzən bir qrup insan bu adlardan sui-istifadə etməyə cəhdlər göstərir, nəticədə xoşagəlməz hadisələr olur”.
Bunu “Report”a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, heç kimə bu və ya digər adlardan istifadə edib qanuna qarşı hörmətsizlik etməyə imkan verilmir: “Çünki Qarabağ əlilləri və digər imtiyazlı şəxslər vətən uğrunda bu yerə gəlib çatıblar. Bəzən sosial şəbəkələrdə də bu kimi informasiyalara rast gəlinir və təəssüf hissi doğurur. Hər birimiz Qarabağ əlillərinə sahib çıxmalıyıq. Unutmaq lazım deyil ki, hər bir vətəndaş kimliyindən asılı olmayaraq ölkə qanununa hörmət etməlidir. Heç kimə fövqəladə status verilməyib ki, Azərbaycan qanunlarına qarşı hərəkət etsin. Çünki bu yaxşı olmayan hallara gətirib çıxara bilər. Bəzən kimlərsə hay-küy qaldıraraq Qarabağ əlillərinə qarşı canı yanırmış kimi hərəkət edirlər. İstənilən halda qanunun aliliyi prinsipi əsas götürülməlidir. Heç kimə o status verilməyib ki, vəzifə borcunu yerinə yetirən şəxsə qarşı hörmətsiz yanaşsın”.
“Ölkədə hüquq, qanun və məhkəmə var. Hər kəsin bu xidmətlərdən yararlanmaq ixtiyarı var. Qarabağ əlillərinin adından sui-istifadə edən şəxslər var. Bu, qəti yolverilməzdir. Belə insanlara qarşı qatı mübarizə aparmalıyıq. Bu addan sui-istifadə etmək, ilk növbədə, statuslu ailələrin yaxınlarını incidir. Canını qurban verənlər, müharibədə döyüşüb əlil qalan insanlar heç vaxt bu addan istifadə etmirlər. Hətta onlara müəyyən bayramlarda diqqət və qayğı göstərəndə çəkinirlər, deyirlər ki, vətən uğrunda etdikləri onların borcudur. Bəzən aidiyyəti olmayanlar bu addan yararlanaraq öz məqsədləri üçün istifadə edirlər. Bu kimi hallar qanuna qarşıdır”, - E.Həsənli qeyd edib.
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər






























.png)


.jpg)




