Nida Xəbər
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpağıdır
Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmkarlarından Konstantin Zatulinin “Rusiya Dağlıq Qarabağı dəstəkləyir” məzmunlu açıqlamasını şərh edib.
“Report” xəbər verir ki, şərhdə bu cür bəyanatların “çox qəribə” olduğu, çünki Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı rejimin heç kim, o cümlədən elə Ermənistanın özü tərəfindən tanınmadığı qeyd olunur.
“Rusiyanın rəsmi mövqeyi çox qəti ifadə olunub: Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsi sırf beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Məhz ona görə də dövlətimiz vətəndaşları adından heç bir “Artsax”ı tanımır. Münaqişənin iki tərəfi var, bu da Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpağıdır. Yüzlərlə dinc azərbaycanlının öldürüldüyü Xocalı faciəsi indiyədək hərbi cinayət əməli kimi tanınmayıb. Bunu həll etmək, həlak olmuş, ev-eşiyini itirmiş insanlar üçün haqq-ədaləti bərpa etmək lazımdır”, - rusiyalı deputat vurğulayıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

