Nida Xəbər
Kürşad Zorlu: Azərbaycan Dağlıq Qarabağ üçün tarixi şans qazandı
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda yüksək səviyyədə təşkili və Azərbaycanın bu quruma sədrliyi təkcə qardaş ölkə deyil, bütün türkdilli dövlətlər, həmçinin Türk Şurası üçün tarixi əhəmiyyət daşıyır.
Bu sözləri Azərtac-a açıqlamasında tanınmış türkiyəli politoloq, professor Kürşad Zorlu söyləyib. O deyib ki, Türkiyə Qoşulmama Hərəkatına üzv olmasa da, qardaş Azərbaycanın bu quruma sədrliyi dövründə rəsmi Ankara mənəvi olaraq Qoşulmama Hərəkatında təmsil olunacaq.
Qoşulmama Hərəkatının təsis olunması və inkişaf mərhələləri barədə geniş məlumat verən politoloq K.Zorlu əminliklə qeyd edib ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan bu qurum bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq. Professor Kürşad Zorlu deyib: “Dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümündə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi qürurvericidir. Azərbaycan bu quruma sədrlik statusu əldə etməklə Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə nail olmaq üçün tarixi şans qazanıb”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

