Nida Xəbər
Mehriban Əliyevadan reanimasiyaya yerləşdirilən Xalq artisti ilə bağlı TAPŞIRIQ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva reanimasiyaya yerləşdirilən Xalq artisti Fəxrəddin Dadaşovla bağlı tapşırıq verib.
Bu barədə “Qafqazinfo”ya Xalq artistinin həyat yoldaşı Gülşən Dadaşova və qızı Pərvanə Dadaşova məlumat verib. Birinci xanımın tapşırığına əsasən, kaman ustası hazırda müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdən (“Semaşko” xəstəxanası) Respublika Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.
Bir qədər əvvəl isə Prezidentin köməkçisi Anar Ələkbərov Fəxrəddin Dadaşova baş çəkib, Xalq artistinin müalicəsi ilə bağlı məsələlərin ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.
Qeyd olunub ki, Xalq artistinin müalicəsi üçün bütün zəruri tədbirlər Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, F.Dadaşov dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...


















.jpg)















.jpg)
.jpg)

