Nida Xəbər
İTV-nin ödənişli efir üçün müəyyən etdiyi qiymət normaldır – Nuşirəvan Məhərrəmli
Seçki prosesinin işıqlandırılmasında 12 ümumrespublika yayımçısının və 12 yerli yayımçının iştirak etmək hüququ var. Azərbaycan Dövlət Televiziyası qanunun tələbinə uyğun olaraq, seçkiqabağı təbliğat-təşviqat kampaniyasında iştirak edə bilməz.
Publika.az xəbər verir ki, bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirdiyi tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
O qeyd edib ki, İTV-yə gəlincə, bu qurum seçki prosesi zamanı əsas, aparıcı qurumlardan birinə çevrilir: “Onlar bu prosesə ödənişli və ödənişsiz əsaslarla qoşulmaq hüququna malikdir. Pulsuz efir vaxtı həftədə 3 saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklara aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin, bütün namizədlərə bərabər şərat yaratsın. Ödənişli efir vaxtı pulsuz efir vaxtndan iki dəfə çox olmalıdır. Bəzən qiymətlərin yüksək olduğu qeyd edirlər. İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsi minimum 22 manat maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, son parlament seçkilərində mediada yol verilən pozuntuların göstəricisi 60-70 faiz aşağı olub: “Yəqin ki, 9 fevral seçkisi də bu mənzərə ilə yadda qalacaq. Mətbuat Şurası seçki prosesi zamanı monitorinq aparmağı planlaşdırır. Mediada yayılan materiallar diqqətdə saxlanılacaq. Onların Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları ilə nə dərəcədə uyğun olduğu yoxlanılacaq”.
Səxavət
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)

















.jpg)
.jpg)

